UEFA Türkiyənin siyahısını təsdiqlədi
Lent.az-ın məlumatına görə, Avropa futbol qurumu Türkiyə futbolunda danışılmış oyunlarla bağlı istintaqın gedişini yaxından izlədiyini və bu işdə adları hallandırılan klubların qitəmiqyaslı turnirlərə buraxılmaması üçün səbəb olmadığını bəyan edib.
UEFA prosesləri hər gün diqqətdə saxladığını və TFF-lə yaxından təmasda olduğunu bildirib. Danışılmış oyunlarla bağlı “qarışıq məhkəmənin davam etdiyi”nin vurğulandığı rəsmi açıqlamada Avropa futbol təşkilatının bu səbəbdən, gözlənilən nəticələr haqqında şərh verməyəcəyi deyilir: “Hazırkı məlumatlara əsasən, Türkiyədəki istintaqda adı hallanan hər hansı klubun Avropa kuboklarında iştirakının rədd edilməsinə gərək olan və UEFA-nın prinsiplərinə zidd heç bir şey yoxdur”.
UEFA-nın təşkil etdiyi yarışlara qatılacaq komandalar danışılmış oyunlarda iştirak etmədiklərinə dair yazılı təminat veriblər. Qitə futbol qurumu xatırladıb ki, hər hansı komandanın Avropa kuboklarına vəsiqəni danışılmış oyunlar yolu ilə qazandığı müəyyənləşdirilsə, həmin klub turnirdən kənarlaşdırılacaq və növbəti illərdə təşkil olunacaq analoji yarışlarda iştirak edə bilməyəcək.
Qeyd edək ki, Türkiyəni 2011-2012-ci il mövsümündə Çempionlar Liqasında “Fənərbağça” və “Trabzonspor”, Avropa Liqasında isə “Bursaspor”, “Qaziantepspor” və “Beşiktaş” təmsil edəcək.

417