Bəhruz Şirəliyev: “Muğan” I divizionda çıxış edə bilər”
Bu fikirləri Lent.az-a açıqlamasında “Muğan” klubunun vitse-prezidenti Bəhruz Şirəliyev deyib.
Onun sözlərinə görə, Salyan təmsilçisi ilə bağlı bütün məsələlərə bu həftə ərzində aydınlıq gələcək: “Həftə sonunadək komandamıza yeni baş məşqçi təyin olunacaq. Eyni zamanda komandamızın mübarizəni hansı liqada davam etdirəcəyi müəyyənləşəcək”.
Lakin Şirəliyev “Muğan”ın Premyer Liqada qalmağı təmin etdiyi halda I divizionda mübarizə aparma ehtimalının nədən qaynaqlandığını açıqlamaq istəməyib. Klub rəsmisi bütün məsələlərə aydınlıq gəldikdən sonra bu barədə danışacağını bildirib.
Qeyd edək ki, Muğan” ötən mövsüm Premyer Liqada 8-ci yeri tutub. Amma komandanın baş məşqçisi və bir sıra aparıcı futbolçusu elitaya yenicə vəsiqə qazanan Bakının “Rəvan” klubuna keçib. Salyan təmsilçisini isə Zaqatala “Simurq”unun əvəzləyəcəyi bildirilir. Halbuki “Simurq” ötən mövsümün yekununda Premyer Liqada 11-ci yeri tutduğu üçün I diviziona göndərilməli idi. Amma Peşəkar Futbol Liqası (PFL) “pulun var, gəl, oyna” prinsipi ilə hərəkət edir. Premyer Liqaya vəsiqə qazandığı halda fəaliyyətini dayandıran “Abşeron”u I divizionda 7-ci yeri tutan “Sumqayıt”a dəyişən PFL-in prezidenti Ramin Musayev “Simurq” üçün də “yaşıl işıq” yandırıb.
Elşən MƏMMƏDOV

597