Teymur Rəcəbov dünya çempionatına toy əhval-ruhiyyəsində yollanır
12 iyul 2011 14:27 (UTC +04:00)

Teymur Rəcəbov dünya çempionatına toy əhval-ruhiyyəsində yollanır

Lent.az-ın məlumatına görə, səfər ərəfəsində Rəcəbovun rəsmi nişan mərasimi keçirilib.

24 yaşlı idmançımız Dövlət Neft Şirkətinin və AFFA-nın vitse-prezidenti Elşad Nəsirovun qızı Elnarə xanımla ailə qurmağa hazırlaşır. Nişan mərasimində iki gəncin ailə üzvləri ilə yanaşı, şirkət rəsmiləri də iştirak ediblər.

Qeyd edək ki, iyunun 26-dək davam edəcək dünya çempionatında Azərbaycan millisi kapitan Vladimir Tukmakovun rəhbərliyi altında mübarizə aparacaq. Ukraynalı mütəxəssis Çinə Şəhriyar Məmmədyarov, Vüqar Həşimov, Teymur Rəcəbov, Rauf Məmmədov və Qədir Hüseynovu aparacaq. Yığmamız dünya çempionatı öncəsi Qəbələdə təlim-məşq toplantısında olub. Hələlik Tukmakov şahmatçıların lövhələr üzrə bölgüsünü ictimaiyyətə açıqlamayıb.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1200

Oxşar yazılar