“Xəzər Lənkəran”ın 9-u Avropa Liqasında da uğur gətirəcəkmi?
12 iyul 2011 12:54 (UTC +04:00)

“Xəzər Lənkəran”ın 9-u Avropa Liqasında da uğur gətirəcəkmi?

İyulun 14-də futbol üzrə Avropa Liqasının II təsnifat mərhələsində İsrailin Təl-Əviv şəhərində “Makkabi” ilə keçirəcəyi oyun “Xəzər Lənkəran” üçün əlamətdar olacaq. Lent.az-ın məlumatına görə, Lənkəran təmsilçisi tarixində ilk dəfə qitə miqyaslı turnirlərin II mərhələsində oynayacaq.

İndiyədək 4 dəfə Avropa arenasına daxil olan “ağ-yaşıllar” hər dəfə I təsnifat mərhələsində çıxış edib. Ümumiyyətlə avrokuboklarda 8 matç keçirən “Xəzər Lənkəran” 9-cu oyununa çıxacaq.

“Xəzər Lənkəran”ın avrokuboklardakı bütün oyunları

MÖVSÜM TARİX TURNİR RƏQİB M HESAB
2005/06 14.07.2005 UEFA kuboku NİSTRU (Moldova) s 1:3
2005/06 28.07.2005 UEFA kuboku NİSTRU (Moldova) e 1:2

2007/08 17.07.2007 Çempionlar Liqası DİNAMO (Xorvatiya) e 1:1
2007/08 24.07.2007 Çempionlar Liqası DİNAMO (Xorvatiya) s 1:3, ə.v.
2008/09 17.07.2008 UEFA kuboku LEX (Polşa) e 0:1
2008/09 31.07.2008 UEFA kuboku LEX (Polşa) s 1:4

2010/11 01.07.2010 Avropa Liqası OLİMPİYA (Moldova) s 0:0
2010/11 08.07.2010 Avropa Liqası OLİMPİYA (Moldova) e 1:1

9-cu Avrokubok oyununda qeydə alınacaq nəticəni əvvəlcədən demək mümkün olmasa da, Azərbaycan çempionatı və ölkə kubokunda 9-cu matçlarda uğurlu nəticələr qeydə alınıb.

2004/05 03.11.2004 Azərbaycan çempionatı GƏNCLƏRBİRLİYİ (Sumqayıt) e 6:0

2005/06 05.11.2005 Azərbaycan Kuboku ŞAHDAĞ (Qusar) s 2:0
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 754

Oxşar yazılar