“Qarabağ” Farer adalarına itki ilə yollandı
12 iyul 2011 11:54 (UTC +04:00)

“Qarabağ” Farer adalarına itki ilə yollandı

Futbol üzrə Avropa Liqasının II təsnifat mərhələsində Farer adalarının “Streymur” komandası bu gün səhər saatlarında Azərbaycanı tərk edib. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı – İstanbul – Kopenhagen reysi ilə yola düşən baş məşqçi Qurban Qurbanovun komandası oradan Farer adalarının paytaxtı Torşavna keçəcək.

“Qarabağ” ilk səfər məşqinə iyulun 13-də yerli vaxtla 18:00-da (Bakı vaxtı ilə 22:00) çıxacaq. Heyətdə son məşqdə zədələnmiş Tural İsgəndərovdan başqa itki yoxdur.

Qeyd edək ki, “Streymur” – “Qarabağ” oyunu iyulun 14-də Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 587

Oxşar yazılar