Azərbaycan yığması “Qubernator kuboku”nda
12 iyul 2011 10:35 (UTC +04:00)

Azərbaycan yığması “Qubernator kuboku”nda

İyulun 12-də Rusiyanın Sankt-Peterburq şəhərində boks üzrə “Qubernator kuboku 2011” turniri start götürəcək. Lent.az-ın məlumatına görə, yarışda Azərbaycan yığması ikinci heyətlə mübarizə aparacaq.

Məşqçi Nəriman Abdullayevin rəhbərlik etdiyi komandada 8 boksçu yer alıb. Heyətdə ən təcrübəli idmançı 60 kq çəki dərəcəsində döyüşəcək Romal Amanovdur. Bu çəkidəki daha bir təmsilçimiz – İmil İksanov da qələbə uğrunda mübarizə aparacaq. İlkin Ağayev (56 kq), İsmət Eynullayev (64 kq), Emil Əhmədov (69 kq), Yolçu Zeynalov (75 kq), Fərid Ağayev (81 kq) və Asim İsgəndərov da (91 kq) Sankt-Peterburqa yollanan heyətdə yer alıblar.

“Peterburqski” İdman-Konsert Kompleksində keçiriləcək turnirdə yığmamızdan başqa, Rusiyanın 2 komandası, Avstraliya, İsrail, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Tunis, Özbəkistan, Ukrayna, İsveç və Estoniya boksçuları da iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 649

Oxşar yazılar