Samir Nəsri “Mançester Siti”də
Fransa milli komandasının və İngiltərənin “Arsenal” klubunun futbolçusu Samir Nəsri İngiltərə “Mançester Siti”sinə keçməyə razılıq verib. Lent.az-ın “France Football”a istinadən verdiyi məlumata görə, 24 yaşlı hücumameylli yarımmüdafiəçi ildə 10,7 milyon avro qazanacaq.
Bununla da Nəsri Fransanın indiyədək ən yüksək ödənişli futbolçusuna çevriləcək. Onun transferi isə “Mançester Siti”yə 25 milyon funt sterlinqə başa gələcək. Nəsrinin transferi rəsmən iyulun 12-də açıqlanacaq.
Qeyd edək ki, Samir Nəsri 2008-ci ildən “kanonirlər”in heyətində çıxış edir. O, 124 matçda 27 qol vurub və 16 məhsuldar ötürmə verib.

651