Azərbaycan boksçuları Lənkəranda - FOTO
11 iyul 2011 17:31 (UTC +04:00)

Azərbaycan boksçuları Lənkəranda - FOTO

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bərpa məqsədi ilə təşkil olunan hazırlıq prosesində millimizin əsas heyət üzvləri iştirak edir.

Yalnız Avropa çempionu Salman Əlizadə toplanışdan kənarda qalıb. Burnunda ağrılar olduğundan 17 yaşlı boksçu toplanışdan azad edilib.

“Qafqaz Sahil” otelində qalan komandamız gündə 2 dəfə məşq edir. Səhərlər dəniz kənarında kross qaçan boksçular axşam saatlarında trenajorda hazırlaşır, futbol və basketbol oynayır, hovuzda üzgüçülüklə məşğul olurlar.

Bərpa xarakterli təlim-məşq toplanışı iyulun 15-də yekunlaşacaq. Bundan sonra Bakıya gələcək boksçularımız dünya çempionatına hazırlıq məqsədi ilə İtaliyada yerli idmançılarla toplanış keçəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 564

Oxşar yazılar