Finala çıxdı, medalsız qaldı
İsveçrənin Lütsern şəhərində akademik avarçəkmə üzrə Dünya Kubokunun III mərhələsinə yekun vurulub. Lent.az-ın məlumatına görə, yarışda Azərbaycanı Nataliya Mustafayeva təmsil edib.
Mustafayeva Dünya Kubokunun II təsnifat mərhələsində olduğu kimi, yenə medallar uğrunda mübarizə aparıb. O, qadınların mübarizəsində 1 nəfərlik qayıqla 2000 metr məsafəyə yürüşdə əsas final həyəcanı yaşayıb.
Yarımfinalda 26 yaşlı avarçəkənimiz Mirka Knapkova (Çexiya), Emma Tviqq (Yeni Zelandiya), Donata Vistartayte (Litva), Fie Udbi Eriksen (Danimarka) və İva Obradoviçlə (Serbiya) münarizədə 3-cü yeri tutub. O, finişə 7 dəqiqə 49,85 saniyəyə çatıb. Bu nəticə ilə Mustafayeva həlledici mərhələyə yüksəlib.
Lakin əsas finalda təmsilçimiz ilk “3-lüy”ə, yəni mükafatçılar sırasına düşə bilməyib. 2000 metr məsafəni 8 dəqiqə 28,38 saniyəyə qət edən Mustafayeva 6-cı yeri tutub.

588