“Dinamo” – “Neftçi” matçı “Space” TV-də
“Neftçi”nin Çempionlar Liqasının II təsnifat mərhələsində Xorvatiyanın “Dinamo” klubu ilə Zaqrebdə keçirəcəyi ilk oyun Azərbaycan ərazisində canlı yayımlanacaq. Bu haqda Lent.az-a flaqmanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu məlumat verib.
Onun sözlərinə görə, iyulun 13-də saat 23:00-da başlanacaq qarşılaşmanı “Space” TV ekranlara gətirəcək. Əşrəfoğlu canlı yayımın “Space” rəhbərliyinin təşəbbüsü ilə baş tutduğunu bildirib: “Bu telekanal son zamanlar idmana xüsusi diqqəti ilə seçilir, xüsusən, futbolla bağlı bir sıra layihələr həyata keçirir. Ona görə də “Space” rəhbərliyinə oyunumuzu yayımlamaq üçün göstərdiyi təşəbbüsə görə klubumuz adından təşəkkür edirik”.
Qeyd edək ki, “Dinamo” – “Neftçi” matçı yenicə təmirdən çıxmış “Maksimir” stadionunda keçiriləcək. Oyunu fransalı hakimlər briqadası idarə edəcək. Baş hakim Antoni Gotyeyə Mişel Annonye və Kristof Kapelli yan xətt, Ruddi Buke isə dördüncü hakim qismində yardımçı olacaqlar. Hakim-inspektor Vatslav Krondl (Çexiya), UEFA nümayəndəsi isə Sune Hellströmer (İsveç) təyin edilib.
Elşən MƏMMƏDOV

813