Londona vəsiqə qazandı, Cənubi Koreyaya yollandı
11 iyul 2011 14:23 (UTC +04:00)

Londona vəsiqə qazandı, Cənubi Koreyaya yollandı

Azərbaycanın qadınlardan ibarət milli komandasının 4 üzvü Cənubi Koreyaya təlim-məşq toplantısına yola düşüb. Lent.az-ın məlumatına görə, bunlar 2012-ci il London Yay Olimpiya Oyunlarına vəsiqə qazanan Fəridə Əzizova, eləcə də Günay Ağakişiyeva, Səbinə Mikayılova və Türkanə Tahirlidir.

Taekvondoçularımız millimizin baş məşqçisi Sun Mi Parkın rəhbərliyi altında müxtəlif şəhərlərdə hazırlaşacaq və təcrübəli yerli idmançılarla yoxlama görüşləri keçirəcəklər. Bundan başqa idmançılarımız 14-19 iyulda Çunçon şəhərində açıq turnirdə çıxış edəcəklər. İdmançılarımız avqustun 5-də vətənə dönəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 493

Oxşar yazılar