Roberto Karlos: “Mənə banan atanı bağışlayıram”
Lent.az-ın məlumatına görə, bunu 38 yaşlı müdafiəçinin özü “Sovetskiy Sport” qəzetinə müsahibəsində deyib.
“Sambaçı” bildirib ki, onun üçün əsas məsələ olaya ictimaiyyətin biganə qalmamasıdır: “Təlim-məşq toplantısı vaxtı mənə dedilər ki, Samaradakı olay barədə hətta Rusiya Dumasında da danışılıb. İnanıram ki, Rusiya əhalisinin 99,9 faizi Roberto Karlosa həm insan, həm də futbolçu kimi hörmət edir. Axmaqlıq edən bir personaj isə gözəl ölkənin obrazını ləkələyə bilməz”.
Banan atan hələ tapılmasa da, məşhur futbolçu onunla görüşmək istədiyini söyləyib. Roberto Karlos hadisənin səbəbkarını bağışladığını açıqlayıb: “Qoy, həmin insan eşitsin: Mən elə bir ölkədən gəlmişəm ki, orada bəzi insanlar səhər yeməyə çörək tapmırlar. O isə yeməyi meydançaya tullayır. Bütün rusiyalılara, o cümlədən, məni incidənə uğurlar arzulayıram. Onun nəyə görə belə etdiyini anlamıram. Bəlkə həyatında hansısa problemləri var, köməyə ehtiyac duyur. Ümidvaram ki, o, özünə gələcək və həyatında hər şey yaxşı olacaq. Onunla tanış olmağın əleyhinə deyiləm. Mən bağışlamağı bacarıram və artıq onu bağışlamışam da”.
Qeyd edək ki, iyunun 22-də keçirilmiş “Krılya Sovetov” – “Anji” oyunu zamanı tribunadan samaralı azarkeşlərdən biri Roberto Karlosa banan atıb. Bu, “Anji”nin kapitanının Rusiyada üzləşdiyi ikinci analoji olay olub. İlk dəfə martın 23-də “Zenit”lə qarşılaşmada sankt-peterburqlu fanatlardan biri “sambaçı”ya banan uzadıb.

568