Devid Bekhemin qızı oldu
Lent.az-ın məlumatına görə, məşhur futbolçu Devid Bekhemin həyat yoldaşı Viktoriya qız dünyaya gətirib.
Ailəyə yaxın şəxslərdən biri bu xəbəri “Twitter”də bölüşüb: “Bekhemlər məmnuniyyətlə qız uşağının dünyaya gəldiyini elan edirlər”.
Körpə Los-Ancelesdə nüfuzlu “Cedars Sinai” klinikasında doğulub. Uşağa Harper Seven Bekhem adı verilib. Ailənin yaxın dostu qeyri-ad seçimini belə izah edib: “Harper qədim ingilis adıdır və daim Viktoriyanın xoşuna gəlib. Seven (ingilis dilindən tərcümədə 7) xüsusən Devid üçün xoşbəxt rəqəmdir. O, İngiltərədə 7 nömrəli formada çıxış edib”.
Qeyd edək ki, Devid Bekhem Viktoriya ilə 1999-cu ildə ailə qurub. Cütlüyün daha öncə 3 oğlu var idi: 11 yaşlı Bruklin, 8 yaşlı Romeo və 5 yaşlı Kruz.

519