“Qarabağ”ın cavab görüşünün də hakimi açıqlandı
08 iyul 2011 17:06 (UTC +04:00)

“Qarabağ”ın cavab görüşünün də hakimi açıqlandı

Futbol üzrə Avropa Liqasının II təsnifat mərhələsində “Qarabağ”ın Farer adalarının “Streymur” komandası ilə keçirəcəyi cavab görüşünün də baş hakimi müəyyənləşib. Lent.az-ın məlumatına görə, iyulun 21-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşmaya makedoniyalı referi Qoran Spirkoski təyinat alıb.

40 yaşlı referinin köməkçiləri hələ müəyyənləşməyib. Oyun saat 21:00-da başlanacaq.

Qeyd edək ki, iyulun 14-də Torshavn şəhərindəki “Qundadalur” stadionunda Bakı vaxtı ilə saat 23:00-da startı veriləcək ilk görüşü uelsli referi Mark Stiven Uitbi idarə edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 550

Oxşar yazılar