Argentina yığmasının sabiq baş məşqçisi “Atletik”də
Lent.az-ın məlumatına görə, 56 yaşlı mütəxəssisin təyinatı kluba yeni prezident seçkisindən sonra reallaşıb. Seçkidə qalib gələn Xosu Urrutiya baş məşqçi postuna Byelsanı gətirib. Argentinalı bu vəzifədə Xoakin Kaparrosu əvəzləyib.
Qeyd edək ki, Marselo Byelsa 1998-ci ildə “Espanyol”da işlədiyi vaxt Argentina yığmasından təklif alıb. O, millidə 2004-cü ilədək çalışıb və Afina Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. Byelsa 2007-ci ildə rəhbərlik etdiyi Çili yığması ilə son dünya çempionatında 1/8 finaladək irəliləyib. O, 2011-ci ildə bu komandadan da istefa verdikdən sonra işsiz olub. “Atletik” 2010-2011-ci il mövsümündə İspaniya çempionatında 6-cı yeri tutub.

489