“Bakı” milli komandanın futbolçusu ilə gücləndi
“Bakı” klubu Litva millisinin futbolçusu Deyvidas Çesnauskisi transfer edib. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 30 yaşlı müdafiəçi ilə 2013-cü ilin yayınadək müqavilə bağlanılıb.
Çesnauskis “Bakı”nın Sloveniyada keçirdiyi təlim-məşq toplantısına qatılıb.
1981-ci il iyunun 30-da anadan olan Çesnauskisin futbolçu karyerası Litvanın “Ekranas” klubunda başlayıb. 1997 - 2000-ci illərdə Panevejis klubunun şərəfini qoruyan müdafiəçi ardından Rusiyanın “Dinamo” (Moskva) komandasına keçib. O, 2003-cü ilədək “Dinamo”nun şərəfini qoruyub. Çesnauskis 2004-cü ildə Moskvanın digər iddialı klubu “Lokomotiv”ə keçib. O, 2005 - 2009-cu illərdə Şotlandiya “Harts”ında da çıxış edib. Litvalı futbolçu “Harts”ın heyətində 68 oyuna 5 qol vurub.
2009-cu ildə Yunanlstan təmsilçisi “Erqotelis”lə anlaşan futbolçu 24 oyuna 2 dəfə fərqlənib. O, 2010-cu ildə ünvanını “Aris”ə dəyişib. Çesnauskis ötən mövsüm 15 oyuna çıxıb. Litva milli komandasının heyətində 37 oyun keçirib, 4 qola imza atıb. Boyu 181 sm-dir.

Oxşar yazılar

Messi "Barselona"da oynayacaq
12 iyul 2025 , 13:56
“Bayer” 23 yaşlı amerikalı futbolçunu aldı
12 iyul 2025 , 13:02
Model "Çelsi"nin yeni futbolçusunu atıb getdi -FOTOLENT
12 iyul 2025 , 09:56
Orkun Kökçünün "Beşiktaş"a transferi rəsmiləşdi
12 iyul 2025 , 00:05
PSJ “Liverpul”u qabaqladı: planetin ən yaxşı futbol komandaları reytinqində
11 iyul 2025 , 19:46
Heç vaxt belə şey olmayıb: O komandaya keçmək üçün sevgilisindən ayrıldı
11 iyul 2025 , 19:06
Modriç “Real”da onu əvəz edə biləcək oyunçunu AÇIQLADI
11 iyul 2025 , 18:24