AZAL başsız qaldı
08 iyul 2011 10:35 (UTC +04:00)

AZAL başsız qaldı

Lent.az-ın məlumatına görə, 46 yaşlı mütəxəssis bu addımı komandasının Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündə Belarus “Minsk”inə 1:2 hesablı məğlubiyyətindən sonra atıb.

İlk görüşdə 1:1 hesablı heç-heçə qeydə alındığından, növbəti mərhələyə “Minsk” yüksəlib. Süleymanov isə oyunlar öncəsi “Belarus komandasını keçməsək, istefa verəcəyəm” deyə verdiyi sözə əməl edib. O, məğlubiyyətə görə bütün məsuliyyəti öz üzərinə götürərək, “günahkar mənəm” söyləyib.

Artıq Süleymanovun istefası qəbul olunub. AZAL prezidenti Vaqif Qasımov da məğlubiyyətdə baş məşqçini günahlandırıb. Onun fikrincə, komanda uduzursa, buna baş məşqçi cavabdehdir. Qasımov Süleymanovu əcnəbi deyil, azərbaycanlı mütəxəssisin əvəzləyəcəyini deyib. Lakin o, konkret ad çəkməyib.

Qeyd edək ki, Nazim Süleymanov AZAL-a 2009-cu il noyabrın 24-də baş məşqçi təyin olunub. O, hazırda Tovuzun “Turan” komandasına rəhbərlik edən Əskər Abdullayevi əvəzləyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 429

Oxşar yazılar