AZAL dayandı, “Qarabağ” irəli!
Lent.az-ın məlumatına görə, Azərbaycan klublarından 2-si – “Qarabağ” və AZAL turnirin debütantları ilə yenidən üz-üzə gəlib.
Ağdam komandası “Banqa” üzərində Litvada olduğu kimi ev oyununda da böyük hesablı qələbə qazanıb. Səfər matçında 4:0 hesablı üstünlük əldə etməsinə baxmayaraq, baş məşqçi Qurban Qurbanovun komandası Tofiq Bəhramov adına Respublika stadionunda azarkeşlərə şou nümayiş etdirib. Bu dəfə “Qarabağ” “Banqa”nın qapısından 3 cavabsız top keçirib. Qolları Admir Teli (dəq. 29), Rəşad Sadiqov (dəq. 35) və Ansi Aqolli (dəq. 76) vurub. II təsnifat mərhələsində komandamızın rəqibi Farer adalarının “Streymur” komandası olacaq.
AZAL isə Belarusda “Minsk”in qonağı olub. İlk görüşdən 1:1 hesablı heç-heçə ilə ayrılan baş məşqçi Nazim Süleymanovun komandası səfərdə uduzub – 1:2. “Minsk” artıq 5-ci dəqiqədə Yevgeni Loşankovun qolu ilə hesabı açıb. Bundan 5 dəqiqə sonra Denis Saşenko hesabı artırıb. İkinci hissə başlayan kimi AZAL daha bir zərbə alıb. Bu dəfə komandanın müdafiəçisi Usim Nduka kobud oyuna görə meydançadan qovulub. Azlıqda qalmasına baxmayaraq, “təyyarəçilər” daha yaxşı oynamağa başlayıblar. 66-cı dəqiqədə qurulan hücumların birində Zohair Benuahinin zərbəsi “Minsk”in müdafiəçisinə dəyərək tora daxil olub. AZAL-ın bundan artığına gücü çatmayıb və Belarus təmsilçisi iki oyunun nəticəsinə əsasən, növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, Avropa Liqasının II təsnifat mərhələsində “Qarabağ”dan başqa “Xəzər Lənkəran” da mübarizə aparacaq. Baş məşqçi Mirça Rednikin komandası İsrailin “Makkabi” (Təl-Əviv) klubu ilə üz-üzə gələcək. Oyunlar iyulun 14 və 21-də olacaq.

549