Avropa Liqası: Biri formal, digəri prinsipial
Lent.az-ın məlumatına görə, Azərbaycan klublarından “Qarabağ” və AZAL növbəti mərhələyə vəsiqə qazanmağa iddialıdır.
İlk görüşdə “Qarabağ” Litvada “Banqa”nı 4:0 hesabı ilə yenərək, Bakıdakı cavab görüşünü formallığa çevirib. Saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmada qonaqların böyük hesablı fərqi aradan qaldıracağı inandırıcı görünmür. Lakin Ağdam komandasının baş məşqçisi Qurban Qurbanov oyun öncəsi keçirdiyi mətbuat konfransında ehtiyatlı danışıb: “Səfərdə oyunumuz əla alındı. Gözlədiyimizdən yaxşı oldu. Amma bu o demək deyil ki, hər şey yaxşıdır. Hələ çox məşq etməliyik. Bütün komanda cəmi 1 həftə bir yerdə məşq edə bilib. Ona görə də artırmalıyıq. İlk oyunun nəticəsi o demək deyil ki, Bakıda arxayın oynayacağıq. Sabahkı oyuna da ciddi hazırlaşmışıq və yenə də var-gücümüzlə oynayacağıq. Əlbəttə, hər bir futbolçu istəyər ki, yaxşı çıxış etsin. Ona görə də meydana çıxacaq bütün futbolçuların ən yaxşısını edəcəyinə inanıram”.
Bununla belə, “Banqa”nın baş məşqçisi Arminas Narbekovas cavab görüşünə yoldaşlıq matçı kimi yanaşdığını deyərək, oyunun formallığına işarə vurub: “Bu oyun gənc futbolçuları yoxlamaq üçün əla şansdır. İlk matçdakı həyəcan bizə oynamaq imkan vermədi. Amma cavab görüşündə tam fərqli oynamağa çalışacağıq”.
Narbekovas “Qarabağ”ın texnikalı oyun nümayiş etdirdiyini və bunun nəticəsində səfərdə böyük hesablı qələbə qazandığını vurğulayıb. Onun fikrincə, “Qarabağ” Avroliqanın qrup mərhələsinə düşməyə layiqdir: “Rəqibimiz maraqlı və əsl komanda oyunu nümayiş etdirir. Səfərdə qapımıza 4 gözəl qol vurdular. Xüsusilə də ikinci qolda (Vüqar Nadirovun qolu – E.M.) “Qarabağ” bizə futbol dərsi keçdi. Eyni qolu son turda vurduq. Mənim üçün sabahkı matçın nəticəsi vacib deyil”.
“İdman-Azərbaycan” telekanalı ilə canlı yayımlanacaq oyunu ukraynalı baş hakim Yuri Mojarovski idarə edəcək. Ona yan xətt hakimləri qismində həmyerliləri Aleksandr Voytyuk və Mikola Levko yardımçı olacaqlar. Dördüncü hakim isə Vitali Romanovdur.
“Qarabağ”dan fərqli olaraq, AZAL daha çətin sınaq qarşısındadır. Öz meydançasında “Minsk”lə 1:1 hesablı heç-heçə edən baş məşqçi Nazim Süleymanovun komandası Belarus paytaxtındakı cavab görüşündə mütləq qol vurmalıdır. Bakı vaxtı ilə saat 22:00-da “Dinamo” stadionunda başlanacaq qarşılaşmada “təyyarəçilər”ə minimal hesablı qələbə və ya 2:2 hesablı nəticədən başlayaraq, istənilən heç-heçə kifayət edir. AZAL ilk görüşdə yaratdığı çoxsaylı imkanlardan yalnız 1-ini qola çevirməyi bacarıb. Amma Süleymanov cavab matçına böyük ümidlərlə yanaşır. O, keçirdiyi mətbuat konfransında deyib: “Statistikaya əsasən, bilirəm ki, “Minsk” səfərdə evdəkindən yaxşı oynayır. Həm də müdafiədən oyuna üstünlük verir. Rəqibin nə edəcəyini də təqribi bilirəm. Müdafiəni yarmaq üçün müəyyən vasitələr fikirləşmişik. İlk növbədə, geniş oynamaq və ən yüksək keyfiyyətlərini göstərmək lazımdır. Əsas məsələ odur ki, futbolçularım mənim xahişlərimi yerinə yetirsinlər”.
Baş məşqçi ilk oyun öncəsi dediyi “Minsk”i keçməsək, istefa verəcəyəm” sözünə əməl edəcəyinə də işarə vurub: “Məqsədimiz ilk mərhələni keçmək və Azərbaycan futbolu üçün xal toplamaqdır. İlkin vəzifəyə nail olduqdan sonra gələcək haqda düşünəcəyik. Bunu bacarmasaq, klub rəhbərliyinin reaksiyasının necə olacağını deyə bilmərəm. Amma mənim reaksiyamı oyundan sonra biləcəksiniz”.
“Minsk”in baş məşqçisi Vitali Tarakanov isə şansları bərabər sayıb. Onun fikrincə, hansı komanda xarakter göstərsə, o da qalib gələcək. Tarakanov komandasını penaltilər seriyasına hazır saysa da, matçın 11 metrlik zərbələrədək uzanmasını istəmir: “Bu, ev oyunudur, qalib gəlmək lazımdır. Turnirdə mümkün qədər uzağa getmək istərdik. Bakıda vurduğumuz qol bizə üstünlük verir. Lakin öz meydançamızda qapanan deyilik. Biz hücum komandasıyıq. Rəqib birinci qol vursa, oyunun mənzərəsi dəyişəcək. O zaman açılmalı və böyük qüvvə ilə irəli atılmalıyıq. Amma ümidvaram ki, ilk qolu biz vuracağıq”.
Təcrübəli mütəxəssis AZAL-ın heyətində legionerlərin səviyyəsindən təəccübləndiyini söyləyib. Onun fikrincə, komandamızın əcnəbi futbolçuları böyük rola malikdirlər: “Orta xətt çox hərəkətlidir. Buna görə də cavab görüşü ciddi sınaq olacaq. Rəqibimizin də açıqlamalarından qələbəyə çox ciddi kökləndikləri məlum olur”.
Vitali Tarakanov rəqib həmkarı Nazim Süleymanovun “Azərbaycan çempionatında “Minsk” ilk “6-lığ”a daxil ola bilməzdi” açıqlamasına da münasibət bildirib. Onun sözlərinə görə, belə açıqlama heç də xoş deyil: “Nə istəsən, danışmaq olar. Hər danışan ağıza dəsmal basa bilməzsən. Hər şey meydançada həll olunacaq. Sizin klublarda 8, bizdə isə 4 legioner çıxış edə bilər. Əcnəbiləri meydançadan çıxaraq və yerli oyunçular qalsın. O zaman müəyyən paralellər aparmaq olar. Qoy, müqayisəni Nazim Süleymanov aparsın. Fikrimcə, AZAL Belarus çempionatında özünü itirməzdi, əksinə, çempionluq uğrunda mübarizə aparardı. Nazim Süleymanova gəldikdə, o, yaxşı futbolçu olub və yaxşı insani keyfiyyətlərə malikdir”.
“Minsk” – AZAL qarşılaşması ANS telekanalı ilə canlı yayımlanacaq. Bolqarıstanlı referi Angel Angelova həmyerliləri Nikolay Angelov, Ventsislav Qavrilov və dördüncü hakim qismində Aleksandar Kostadinov kömək edəcəklər.
Elşən MƏMMƏDOV

520