“Arsenal” Samir Nəsri üçün “Mançester Yunayted”in təklifini rədd etdi
İngiltərənin “Mançester Yunayted” klubu Fransa yığmasının futbolçusu Samir Nəsrini almaq istəyilə “Arsenal”a müraciət edib. Lent.az-ın “The Guardian”a istinadən verdiyi məlumata görə, 20 milyon funt stenlinq civarında təklif bir neçə gün öncə ünvanlanıb.
Tərəflər danışıqları gizli saxlamağa razılaşıblar. Lakin bu, bir neçə günə mətbuata sızıb. “Kanonirlər” “mankunianlar”ın ilkin təklifini rədd etsələr də, futbolçunu satmaqdan imtina etməyiblər. Onlar 25 milyon funt istəyiblər.
Qeyd edək ki, bir neçə gün öncə Samir Nəsrini “Çelsi” klubunun da istədiyi barədə xəbər yayılıb.

530