Türkiyədə futbol qalmaqalı ilə bağlı 15 nəfər tutuldu
07 iyul 2011 11:45 (UTC +04:00)

Türkiyədə futbol qalmaqalı ilə bağlı 15 nəfər tutuldu

Lent.az-ın məlumatına görə, onların arasında “Fənərbaxça” rəsmisi Şekip Mosturoğlu və İlhan Ekşioğlu, klubun aşağı yaş qrupları üzrə koordinatoru Cəmil Turan, “Eskişehirspor”un baş məşqçisi Bülənt Uyğun, klubun idman direktoru Ümit Karan, “Sivasspor” klubunun prezidenti Məcnun Odyakmaz, komandanın qapıçısı Korcan Çelikay da var.

Məhkəməyə cəlb edilən Doğan Ercan, Mehmet Şen, Cengiz Demiral və Erdem Konyar, eləcə də yaş və səhhəti ilə əlaqədar Yavuz Ağırgöl azadlığa buraxılıb.

Qeyd edək ki, daha öncə "Fənərbaxça"nın oyunçuları Emanuel Emenike və Sezer Öztürk, "Gənclərbirliyi"nin qapıçısı Mahmut Boz, Tuğrul Çağrı, Özər Mustafa Efe də azadlığa çıxıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 506

Oxşar yazılar