Olimpiadanı qəbul edəcək şəhər açıqlandı
07 iyul 2011 10:52 (UTC +04:00)

Olimpiadanı qəbul edəcək şəhər açıqlandı

Lent.az-ın məlumatına görə, bu qərar Beynəlxalq Olimpiya Komitəsinin Cənubi Afrika Respublikasının Durban şəhərində keçirilmiş sessiyasında qəbul olunub.

Pxençxan digər iddiaçılar - Almaniyanın Münhen və Fransanın Ansi şəhərlərini üstələyib. Qalib elə ilk turda müəyyənləşib. Koreya şəhəri daha çox səs yığıb.

Əvvəllər Pxençxan Qış Olimpiya Oyunları uğrunda 2 dəfə mübarizə aparıb. Lakin 2010-cu il olimpiadasının Kanadanın Vankuver, 2014-cü il olimpiadasının isə Rusiyanın Soçi şəhərlərində təşkilinə qərar verilib.

Qeyd edək ki, əvvəllər Qış Olimpiya Oyunları Asiyada cəmi 2 dəfə yalnız Yaponiya şəhərlərində keçirilib. 1972-ci ildə olimpiadanı Sapporo, 1998-ci ildə isə Naqano şəhərləri qəbul edib. Cənubi Koreyada isə Yay Olimpiya Oyunları təşkil olunub. Bu, 1988-ci ildə Seulda baş tutub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 497

Oxşar yazılar