“Hafiz Məmmədov qarşıma komanda yaratmaq vəzifəsi qoyub”
“Cəmi 10 gündür ki, Sloveniyada təlim-məşq toplantısında bir araya gəlmişik. Hazırlığın ilkin dövründəyik. Demək olar ki, hər şeyi sıfırdan başlayırıq. Komandada böyük dəyişikliklər var, 50 faiz yenilənmiş bir heyətlə çalışırıq”. Lent.az-ın məlumatına görə, bu fikirləri “Bakı”nın baş məşqçisi Aleksandr Starkov futbol klubunun rəsmi saytına müsahibəsində deyib.
Onun fikrincə, bu dəyişikliklər zəruri olub. Ötən mövsümün uğursuz nəticələri və qarşıda duran vəzifələrin vacibliyi rəhbərliyi buna vadar edib. Starkov bildirib ki, dəvət olunan yeni oyunçular “Bakı”nın oyununu gücləndirməlidirlər: “İşlər gedir, yeni futbolçuların uyğunlaşmasına diqqət ayırırıq. Məşqçilər olaraq həm oyun, həm də davranış intizamını tətbiq edirik. Bu olduqca vacibdir”.
Baş məşqçinin sözlərinə görə, klub prezidenti Hafiz Məmmədovun onun qarşısına komanda yaratmaq vəzifəsi qoyub: “Sözün əsl mənasında komanda qurmalıyıq. Bu güclü, möhkəm dayaqlara əsaslanan, eyni zamanda gənclərin üzünə açıq olan bir kollektiv olmalıdır. Xatırladım ki, Elvin Əliyev, Novruz Məmmədov, Elvin Məmmədov, Uinston Parks, Denis İvanov, Maris Verpakovski kimi oyunçular artıq bizimlə birlikdədirlər. Gənc futbolçular qrupunu xüsusi qeyd etmək istərdim. Onların 18 yaşı var, bu futbolçulara böyük ümidlər bağlayırıq. Şəhriyar Əliyev, Rəhman Hacıyev, Nicat Abdullayev, Nurlan Novruzov oyunlarda iştirak edirlər”.
“Bakı” Sloveniyada 2 yoldaşlıq görüşü keçirib. Paytaxt klubu əvvəlcə yerli “Domjale”, sonra isə Xorvatiyanın “Dinamo” (Zaqreb) klubuna eyni hesabla uduzub – 0:2. Hər iki oyunda məğlub olmalarına baxmayaraq, Starkovun fikrincə, işlər qaydasındadır: “Biz hazırda fiziki və funksional hazırlığı önə çəkmişik. Bu gün futbolçularımızın texniki və taktiki əlaqələri dağınıq vəziyyətdədir. Təbiidir, çünki biz hazırlığa yeni başlamışıq. Yoxlama oyunlarındakı rəqiblərimiz Sloveniya və Xorvatiya klublarıdır, onlar bir neçə gündən sonra Avropa miqyaslı turnirlər çərçivəsində oyunlara çıxacaqlar. Onların hazırlıq səviyyəsi bizdən yüksəkdir. Bununla belə oyunçularımız oyunda-oyuna artırırlar, bunu müşahidə edirik. Mən oyunçulardan, ümumilikdə komandadan, təlim şəraitindən razıyam. Hazırda Sloveniyadayıq və layiqli hazırlıq üçün hər bir imkanımız var”.

501