Respublika Stadionunun təmiri üçün 10 milyon manat ayrıldı
Azərbaycan Prezidenti İlham Əliyev Tofiq Bəhramov adına Respublika Stadionunun maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Lent.az-ın Azərtac-a istinadən məlumatına görə, sərəncamda qeyd olunur ki, Respublikanın ən böyük idman arenası olan Tofiq Bəhramov adına Respublika Stadionu istifadəyə verildiyi 1951-ci ildən etibarən ölkəmizdə idmanın inkişafında xüsusi rol oynayıb. Ötən illər ərzində Azərbaycanın idman salnaməsinə adları qızıl hərflərlə yazılmış bir çox məşhur idmançımızın qazandığı yüksək nailiyyətlər stadionun tarixi ilə sıx bağlıdır.
FİFA və UEFA bayraqları altında təşkil edilən dünya və Avropa çempionatlarının seçmə oyunlarının keçirildiyi Respublika Stadionu indi artıq beynəlxalq əhəmiyyətli idman qurğusuna çevrilib.
Respublikanın bədən tərbiyəsi və idmanın inkişafında, eləcə də beynəlxalq miqyaslı yarışların təşkilində mühüm yer tutan bu stadionun müasir standartlara uyğunlaşdırılmasını təmin etmək məqsədi ilə qərara alınıb ki, Tofiq Bəhramov adına Respublika Stadionunun əsaslı təmiri və yenidən qurulması üçün Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 10,0 (on) milyon manat məbləğində vəsait ayrılsın.
Maliyyə Nazirliyinə vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin etməsi tapşırılıb.

517