Türkiyə futbolunda əməliyyat bu gün keçirilməli imiş...
06 iyul 2011 19:10 (UTC +04:00)

Türkiyə futbolunda əməliyyat bu gün keçirilməli imiş...

Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bu plan iyulun 3-də səhər saatlarında baş verən proseslərdən sonra alt-üst olub. “Fənərbağça” rəsmisi Şekip Mosturoğlu erkən saatlarda klub prezidenti Aziz Yıldırımla əlaqə saxlayaraq, “Klubla bağlı önəmli məsələlər var. İclas keçirməyimiz gərəkdir” deyib. Bundan sonra Yıldırım və Mosturoğlu klubun ofisində görüşməyə razılaşıblar. Polis isə onların öz evlərindən çıxaraq, klub binasına getmələrini addım-addım təqib edib. Yıldırım və Mosturoğlu ofisdə bir araya gəldikdən sonra adları danışılmış oyunlarda hallanan menecerləri bir-bir klub binasına çağırıblar. Menecerlərin ofisə gəlişləri polis kamerası tərəfindən qeydə alınıb.


Mosturoğlu əməliyyatın keçiriləcəyi barədə məlumatı isə hüquq-mühafizə orqanlarındakı mənbədən alıb. Klubun ofisindəki iclasın səbəbi də bu olub. Toplantıda da maraqlı proseslər yaşanıb. İddiaya görə, Mosturoğlu iclasda ədliyyə və polisdəki qaynaqları ilə əlaqə quraraq “nəbz yoxlayıb”. O, əvvəlcə “İşlər necədir? Gərginsiniz?” deyə soruşub. Qaynaqlardan isə “Bizim gərginliyimiz yoxdur” cavabı verilib. Mosturoğlu bu sualı hərbi mənbələrdəki tanışlarına ünvanlayıb. Lakin onlar da bir şey deməyiblər. Bir müddət gözləyən Mosturoğlu mənbələri ilə yenidən əlaqə quraraq, “Biz bir şey duyduq. Danışılmış oyunlarla bağlı əməliyyat aparılacaq. Doğrudur?” deyə soruşub. Ancaq “Bilgimiz yoxdur” cavabını alıb. Mosturoğlu növbəti sual ünvanlayıb: “Elə isə belə bir əməliyyat olsa, hansı prokurorluq aparacaq?” Amma yenə dolğun cavab ala bilməyib.


Bütün bu danışıqlar qeydə alınıb. Polis isə təcili toplantı keçirib. Əməliyyat planının kənara sızdığı müəyyənləşdirilib və daha erkən başladılması qərara alınıb. Şənbə axşamı keçirilən toplantının ardından bazar günü erkən saatlarda məlum ünvanlarda eyni vaxtda əməliyyatlar aparılıb. Polis Mosturoğluna bilgi sızdırmağa çalışan casusu tapmağa çalışır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 548

Oxşar yazılar