Stalinin oğlunun gəldiyi, sevgililərin sevişdiyi və quşların uçduğu məkan – REPORTAJ -
Bakının mərkəzində yerləşən bu arena hələlik Azərbaycanın ən böyük idman qurğusu sayılır. Futbolumuzun 100 illik yubileyi münasibətilə Böyük Şor qəsəbəsində təməli qoyulan və 65 min nəfərlik tamaşaçı tutumuna malik Bakı Olimpiya Stadionu istifadəyə verilənədək, bu, belə də olacaq. Daha böyük arenanın inşasından sonra da Respublika stadionu ən azı ərazi baxımından yenə öz əhəmiyyətini qoruyacaq.
Lent.az-ın əməkdaşı yubiley ilində yazı hazırlamaq üçün mərkəzi arenada olub.
Niyə məhz Tofiq Bəhramov?
Metronun “Gənclik” stansiyasından çıxıb sağa boylanan kimi dörd tərəfdən meydançanı əhatələyən projektorlar diqqəti cəlb edir. Dərhal belə işıqlandırma qurğusunun həm də bir arena əlaməti olduğunu anlayırsan. Bütün böyük stadionlarda belədir. Tofiq Bəhramov adına Respublika stadionu da istisna deyil. Amma bu arenanın iki özəlliyi var. Bunlardan biri sovet dövrünə məxsus atributların – gerb, oraq və çəkicin hələ də stadionun üzərində qalması, digəri isə arenanın ərazisində Tofiq Bəhramovun abidəsinin ucaldılmasıdır. Niyə məhz Bəhramovun? Niyə futbolçunun yox, hakimin? Azərbaycan futbolunun 100 illik yubileyinin qeyd olunduğu günədək düşünürdüm: “Mərhum Anatoli Banişevski ilə 81 yaşlı Ələkbər Məmmədovdan hansının ən güclü futbolçu olduğunu müəyyənləşdirə bilmədiklərindən, onların heç birinə abidə qoymayıblar. Ən əlverişli variant kimi isə 1966-cı il dünya çempionatının final matçının yan xətt hakimi olmuş Tofiq Bəhramova üstünlük veriblər”. Amma iyunun 6-da FİFA prezidenti Yozef Blatter Bakıda mətbuat konfransı keçirdiyi vaxt Azərbaycan futbolunun tarixinə qısa ekskursiya etdikdə və dünya futbolu salnaməsinə düşən azərbaycanlı futbol xadimi kimi Tofiq Bəhramovun adını çəkdikdə, mənə hər şey əyan oldu. Demək, dünyada nə Anatoli Banişevski, nə də Ələkbər Məmmədovu Tofiq Bəhramov qədər tanımırlar.
“C”
Amma bu arena məşhur hakimimizin adını ilk gündən daşımayıb. 1953-cü il sentyabrın 16-da burada açılış oyunu keçirilərkən, Bəhramov SSRİ çempionatının oyunlarına yenicə təyinat alırmış. Arenanın tikintisinə başlanıldığı 1939-cu ildə isə o, yenicə futbolçu karyerasına başlayıbmış. Lakin həmin il II Dünya, iki il sonra isə Böyük Vətən müharibəsi stadionun inşasını əngəlləyib. Müharibə yekunlaşdıqdan sonra tikinti işləri davam etdirilib və 12 illik fasilədən sonra idman azarkeşlərinin ixtiyarına verilib. Alman hərbi əsirləri tərəfindən tikilən stadion yuxarıdan kiril əlifbasının “C” hərfini xatırladır. Stadionun arxitekturası o zaman “xalqların rəhbəri” sayılan Stalinin şərəfinə qurulub. 1956-cı ildə keçirilmiş Kommunist Partiyasının XX qurultayından sonra stadion Leninin adını daşıyıb.
Onların və mənim xatirələrim
Açılış oyunu isə “Neftçi” ilə Litvanın “Spartak” (Vilnüs) komandaları arasında olub. Ələkbər Məmmədov həmin oyunu belə xatırlayır: “Açılış oyununa Azərbaycan SSR-in o zamankı rəhbəri Mircəfər Bağırovdan başqa SSRİ-yə başçılıq edən İosif Stalinin oğlu Vasili də gəlmişdi. Stadionda nəinki oturmağa, heç ayaq üstə durmağa yer yox idi. İçəri girə bilməyənlər çıxıb ağacların başından oyuna baxırdılar. Bağırov Stalinə zəng edərək “Sizin adınıza stadion tikmişik. Açılış mərasiminə Sizi də dəvət edirik” demişdi. İosif Stalin isə xəstə olduğunu bildirərək, tədbirə oğlunu göndərmişdi. Stadionun açılışı başa çatdıqdan sonra “Neftçi”nin heyətində Litvanın “Spartak” komandası ilə oyuna çıxdıq. Görüş öncəsi komanda rəhbərliyi bizə dedi: “Oyununuzu izləməyə yüksək vəzifəli şəxslər gəlib. Elə oynayın ki, bizi biabır etməyin”. Ona görə biz daha da əzmlə çıxış edərək, 4:0 hesablı qələbə qazandıq. İlk iki qolu isə mən vurdum”.
Amma yəqin ki, bu stadionda “Neftçi”nin 1966-cı ildə Moskva “Spartak”ını 3:0 hesabı ilə yenərək, SSRİ çempionatının bürünc medallarını qazanması da ən əhəmiyyətli hadisələrdən olub. Həmin vaxt flaqmanın heyətində yer almış Kazbek Tuayev çempionatın son oyununu belə xatırlayır: “Stadiona 50 min tamaşaçı toplaşmışdı. O dövrlər demək olar ki, bütün Bakı sakinləri bizə azarkeşlik edirdi. Tribunalardakılar əllərində yanar od tutmuşdular. Amma həmin odun nədən ibarət olduğu hələ də mənə məlum deyil. Həmin gün bütün xalq üçün bayram idi. Mən həyatımda belə şey görməmişdim. Oyunu isə 3:0 hesablı qələbə ilə başa vuraraq, bürünc medala sahib olduq. Qollardan ilk ikisini Anatoli Banişevski, sonuncusunu isə Eduard Markarov vurdu. Banişevskinin ilk qolu və Markarovun dəqiq zərbəsi mənim məhsuldar ötürməmdən sonra “Spartak”ın qapısından keçdi”.
Mənim də bu stadionla bağlı xatirələrim var. Fotoqrafımız Ramin Tofiq Bəhramovun heykəlini və stadiondakı sovet dövrünə aid atributları aparatının yaddaşına köçürməyə başladığı vaxt bu stadionda ilk dəfə baxdığım oyunu xatırladım. 1989-cu ilin yayı idi. Yay tətilinə çıxmışdıq. Bakıda yaşayan əmim doğma Qubanın Yerfi kəndinə gəlmişdi. Mən də 5-ci sinfi əlaçı kimi bitirdiyimdən, valideynlərimdən “Bakıya səyahət kupon”u qazanmışdım. Əmimlə Bakıya gəldim. Həmin illərdə “Neftçi” SSRİ çempionatında pis çıxış etmirdi. Xüsusən, Bakıdakı oyunlarında istənilən rəqibə başağrısı olurdu. Komandanın oyunlarında stadion ağzınacan dolu olardı. Bütün bunlara görə, Bakıya gələrkən məndə “Neftçi”nin oyununa da getmək həvəsi yaranmışdı. Paytaxtda olduğum müddətdə bu istəyimi reallaşdırdım. Bir gün əmimlə birgə Respublika stadionuna yollandım. “Neftçi” Qazaxıstanın “Kayrat” klubu ilə qarşılaşırdı. Komandamıza digər tamaşaçılarla birgə azarkeşlik etdik. Qələbə də bizim oldu. Oyunun sonlarına yaxın Maşallah Əhmədovun qolu ilə “Neftçi” qalib gəldi – 1:0. O vaxtlar stadion Leninin adını daşıyırdı. Meydançanın çölündə Vladimir İliçin heykəli qoyulmasa da... Camaat futbola taxta oturacaqlarda oturaraq tum çırtlaya-çırtlaya tamaşa edirdi.
Həmin arenaya 1994-cü ildən sonra çox gedib-gəlməyə başladım. Artıq Bakıda yaşayırdım. Bu stadionda oyun vaxtı işıqların söndüyü vaxtı da gördüm, uğursuzluqları da... Futbolçuların qırmızı vərəqə almasını da, dava dalaşı da... Stadionun ərazisində kababxanaların fəaliyyət göstərdiyi dövrü isə görə bilmədim. Amma oyunlara stadion qarşısında satılan pal-paltarların arasından keçib getdiyim vaxtlar da oldu.
Gənclərin sevgi məkanı
İndiki mənzərə isə fərqlidir. Stadionun əsas qapısından içəri keçən kimi solda çayxana, “Kesb” firmasına məxsus süni örtüklü meydançalar və futbol geyimləri mağazası göz önündə canlanır. Bir qədər irəlidə kiril əlifbasının “П” hərfi formasında stadionun inzibati binasıdır. Burada təkcə müdiriyyət oturmur. Birinci mərtəbədə trenajor, tibb mərkəzi, Azərbaycan Universal Döyüş Federasiyası, kikboksinq və boks bölmələri, ikinci mərtəbədə yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının təlim-məşq bazası, üçüncü mərtəbədə isə Azərbaycan Milli Avarçəkmə Federasiyasının ofisi fəaliyyət göstərir. Vaxtilə ikinci mərtəbədə oyunlardan sonra mətbuat konfransları keçirilərdi. Paltardəyişmə otaqları da burada idi. Amma indi hamısı arenanın içərisindədir.
Meydançaya daxil olarkən, sakitlik idi. Arenanın quruluşu elədir ki, tablonun solunda və sağında jurnalistlər üçün sektorlar var. Həmin gün o sektorlar iki gəncin ixtiyarında idi. Oğlanla qız bir-birinə sarılmışdı. Lakin çevik tərpəndilər. Fotoqrafımızı görən kimi özlərini yığışdırdılar. İmkan vermədilər ki, Ramin onların şəkillərini çəksin. Nəinki imkan vermədilər, hətta dərhal “hadisə yeri”ndən uzaqlaşdılar.
Burada quş da uçur
Mən xarici saytlardan birində oyun vaxtı Respublika stadionunun meydançasına qonan quşun şəklini görmüşəm. İndi isə bunun canlı şahidi olurdum. Amma o quşun şəklini yaşıl ot üzərindəcə çəkmək də fotoqrafımıza müyəssər olmadı. Quş uçdu və bir daha geri qayıtmadı. Onun ancaq uçuşu fotoaparatın yaddaşına həkk olundu. Əvəzində Ramin millimizin futbolçularının VİP tribunalar arasından boylanan simalarını lentə ala bildi.
Onu da gördük ki, stadionun ərazisi xüsusən tələbələr üçün tranzit rolunu oynayır. Təbriz küçəsindən ayrılan yolla piyada hərəkət etməklə Respublika stadionunun ərazisinə keçə, oradan da “Gənclik” metro stansiyasına daxil ola bilərsən. Necə deyərlər, stadionun qapıları hamının üzünə açıqdır.
SSRİ-yə məxsus atributlar niyə yığışdırılmır?
İnzibati binanın ikinci mərtəbəsində stadionun direktoru Akif İsmayılov bizi gözləyirdi. Müsahibəyə qalxarkən, ən təmirsiz yerin elə bu bina olduğunu gördük. Gördüklərimizi də arena rəhbərinə çatdırdım. İsmayılov gənclərin jurnalistlər sektorunda sevişməsinə “Hər gün neçə nəfəri polislər tutub aparırlar. Amma yenə də onların qarşısını almaq mümkün olmur. Qapını bağlamırıq ki, camaat “Gənclik” metrosuna doğru rahat getsin. Amma onların arasından belələri də çıxır” dedi.
Direktor inzibati binanın tezliklə təmir olunacağını da söylədi. Sovet dövründən qalma atributlara gəldikdə, İsmayılov bildirdi ki, stadion arxitektura abidəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetində bu cür qəbul olunub. AFFA-nın əvvəlki baş katibi Fuad Əsədov vaxtilə arenanı belə görkəmdə UEFA-da qeydiyyatdan keçirib. İndi hər hansı dəyişiklik etmək üçün mütləq UEFA-nın razılığını almaq lazımdır.
Stadion direktorunun gördüyü işlər...
Ardından İsmayılov Respublika stadionuna direktor təyin olunduğu 1999-cu ildən bəri arenada görülən işlər barədə danışdı. Dedi ki, son 12 ildə stadionda çox böyük dəyişikliklər olub. Bu dəyişiklikləri dövlətin, tabeçiliyində olduqları Gənclər və İdman Nazirliyinin köməyi ilə aparılıb: “Mən bu vəzifəyə yenicə gəldiyim vaxt tribunalarda kreslolar quraşdırılıb qurtarmamışdı. O işi başa çatdırmışıq. Ot örtüyünü dəyişdirmişik. 2002-ci ildə yeni soyunub-geyinmə otaqları tikilib. Girişlərdə turniketlər quraşdırmışıq. Ötən il qaçış zolaqları və tablo dəyişdirildi. Yeni VİP-lojalar düzəldilib. Bu yaxınlarda işıq sistemi də tamamilə dəyişdirildi və yenidən quruldu. Meydançamızın qaçış zolağından atletika üzrə yığmamızın üzvləri yararlanırlar. Meydançamızda isə futbol üzrə Azərbaycan millisi, “Bakı” və “Neftçi” klubları rəqiblərini qəbul edir. Avropa kuboklarında çıxış etmiş bir neçə klubumuz ev oyunlarını bizim meydançada keçirib. Demək olar ki, futbol üzrə ən böyük tədbirlər Respublika stadionunda təşkil olunur. Bu il stadionumuz demək olar ki, lap çox yükləndi. Bir qədər çətinliklərimiz oldu. Amma bütün kollektivimiz bunların öhdəsindən gələ bildi”.
Çətinliklər və...
Stadion direktoru üzləşdikləri çətinlikləri də sadaladı: “Çətinliyimiz ondadır ki, klublarımız stadionumuzda keçirəcəkləri oyun öncəsi əsas meydançada məşqə də çıxmaq, ot örtüyünə, işıqlandırma sisteminə öyrəşmək istəyirlər. Amma meydançamızın ot örtüyü süni yox, təbiidir. Çox istifadə etdikdə sıradan çıxa bilər. Bununla belə, beynəlxalq oyunlarda ölkəmizi təmsil etdikləri üçün onlara kömək etməliyik. Ona görə də məşqlər keçirmələrinə də etiraz edə bilmirik. Amma ot örtüyündə zədələnmələr gördükdə, məşqləri bir-iki gün dayandırmalı oluruq. Yəni belə məqamlar var. Klubların hamısı yaxşı nəticə göstərmək istədikləri üçün məşqlərini burada keçirməyi arzulayırlar. Həm də buranın şəraiti klublarımız üçün çox əlverişlidir. Paltardəyişmə otaqları, daimi isti-soyuq suyu, işıqlandırma sistemi və digər şəraiti komandalarımız üçün yaradırıq”.
Narazılıqlar
Oyunlar zamanı azarkeşlərə xidmət səviyyəsindən narazı olduğunu deyən İsmayılov bunu obyektiv səbəblərlə əlaqələndirdi: “Biz hələ o səviyyəyə çatmamışıq. Bu gün Azərbaycan çempionatının, demək olar ki, bütün oyunları pulsuzdur. Bilet satılmır. Qapılar açıq olduğu üçün kim istəsə, içəri girir, “peraşki”, tum satır. Amma bilet satılsa, içəriyə yalnız biletli şəxslər buraxılsa, buna nəzarət edə bilərik. Klubları da başa düşürük. İstəyirlər ki, oyunlarına azarkeşlər gəlsin. Ona görə də girişi pulsuz edirlər. Böyük oyunlarda AFFA və ya klubla bağladığım müqaviləyə əsasən, ticarətlə məşğul olmağa ixtiyarım yoxdur. Müqavilə əsasında stadionu hazırlayır və icarəyə veririk. Federasiya və ya klub azarkeşlərə bilet satışını və xidməti özü təşkil etməli və qazanc götürməlidir. Bəzi oyunlarda təşkil edirlər. Nə səviyyədə təşkil edirlərsə-etsinlər, onların işinə müdaxilə etməyə ixtiyarım yoxdur. Bilsəm ki, federasiya və ya klublar bu işdə bizə heç bir problem yaratmayacaq, azarkeşlərə xidməti elə səviyyədə təşkil edərəm ki, heç bir problem yaranmaz. Yəni, hər hansı şirkətlə müqavilə bağlayaram. Həmin şirkət də burada öz üzərinə düşən işləri yüksək səviyyədə görər, qazancını götürər və stadionumuzun icarə haqqını ödəyər”.
İsmayılov dedi ki, beynəlxalq oyunlar zamanı icarə qiymətləri onu qane etsə də, ölkədaxili bir oyun üçün ödənilən 2500 manat aşağı məbləğdir: “Bununla belə, biz də başa düşürük ki, oyunlara azarkeş gəlsə, klublar bilet satışını təşkil etsələr, icarə haqqını artıracağıq. Klublarımızın özləri də azarkeş sayını artırmaqla icarə haqqını yüksəltməkdə maraqlıdır. Təəssüf ki, stadiona azarkeş axını yoxdur. Biz də belə bir vəziyyətdə klublarımızdan yüksək icarə haqqı tələb edə bilmirik. Biz təsərrüfat hesablı obyektik. Xərclərimizi ödəmək çox ağır, çox çətindir. Amma vəziyyətdən çıxa bilirik. Bu gün işçilərimizin maaşları, onların mükafatlandırılması, su, işıq xərclərini ödəyə bilirik. Lakin vergilərin ödənilməsi, sınan kresloların dəyişdirilməsi zamanı çətinliklə üzləşirik. Klublarımız bu məsələdə də bizə köməklik göstərirlər. Məsələn, “Bakı” rəhbərliyi kreslo, meydança üçün tibbi yardım maşını, torpaq və toxum almaqda bizə kömək etdi”.
“Eurovision-2012” burada keçirilsə...
İsmayılovla söhbət zamanı məlum oldu ki, stadionun 12 qapısı, 22 hektar ərazisi, 85 – 90 nəfər əməkdaşı var. Halbuki sovet dövründə arenanın ştatında 187 işçi olub. İşçilərin əsas hissəsi fəhlələrdən, nəzarətçilərdən, süpürgəçilərdən ibarətdir. Aparatda 10 nəfərədək əməkdaş var. Stadion daxilində 100 obyekt fəaliyyət göstərməli olduğu halda, cəmi 4-ü işə salınıb.
Amma stadion böyük dəyişikliklər ərəfəsindədir. Təkcə 60 illik yubileyi ilə əlaqədar yox. Həm də gələn il Bakıda keçiriləcək “Eurovision” Beynəlxalq Mahnı Müsabiqəsinin təşkili üçün ən münasib məkanlardan biri burada yerləşir. Müsabiqənin Respublika stadionunda təşkilinə qərar verilsə, arena təmirə bağlanacaq. O zaman Azərbaycan yığması 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsində, klublarımız isə qitə miqyaslı turnirlərdə rəqiblərini qəbul etmək üçün başqa arenadan yararlanmalı olacaqlar.
Elşən MƏMMƏDOV

1970