Xırdalanda keçmiş məhkum naməlum şəraitdə ölüb.
Lent.az xəbər verir ki, keçmiş məhkum, 53 yaşlı Elman Behbud oğlu Rəsulovun meyiti yaşadığı Xırdalan şəhərindəki evdə tapılıb.
Müayinə zamanı meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib.
Araşdırmalar rayon prokurorluğunda aparılır.