“Barselona”nın keçmiş oyunçusu karyerasını bitirməyi  düşünür
04 sentyabr 2025 13:54 (UTC +04:00)

“Barselona”nın keçmiş oyunçusu karyerasını bitirməyi düşünür

0

Fransalı müdafiəçi Samuel Umtiti karyerasını bitirməyi ciddi şəkildə düşünür.

Lent.az bildirir ki, bu barədə “L'Équipe” xəbər verir.

Qeyd olunur ki, 31 yaşlı futbolçu "Lill"lə müqaviləsi başa çatdıqdan sonra hazırda azad agent statusundadır. Umtiti sonuncu dəfə 2024-cü ilin yanvarında meydana çıxıb - çoxsaylı zədələr onun tam oynamasına mane olub.

Daha iki diz əməliyyatından sonra futbolçu karyerasını bitirmək barədə düşünməyə başlayıb. Mənbənin sözlərinə görə, Umtiti sentyabrın 10-na kimi özünə yeni klub tapmasa, böyük ehtimalla peşəkar futboldan getdiyini açıqlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 340

Oxşar yazılar