Avropa çempionatında Azərbaycan yığmasından 3 medal
Lent.az-ın məlumatına görə, Salman Əlizadənin (49 kq) ardından Heybətulla Hacəliyev (64 kq) və Teymur Məmmədov (91 kq) da ¼ final mərhələsini uğurla adlayıblar.
Hacəliyev İsveç idmançısı Entoni Yigiti üstələyib - 18:14. Həmyerlimiz finala gedən yolda irlandiyalı Raymond Moylette ilə üz-üzə gələcək. Məmmədov isə Rusiyanı təmsil edən Abdulhəmid Nurməhəmmədovu 23:21 hesabı ilə məğlub edib. Yığmamızın üzvü rəqibindən çəkidə təxminən 7-8 kq yüngül olub. Məmmədovun yarış günü səhər çəkisi cəmi 83 kq olub. O, yarımfinalda almaniyalı Yohann Vitlə üz-üzə gələcək. 1/4 finalda yalnız Rahib Bəylərov (75 kq) Türkiyə boksçusu Adəm Kılıccıya uduzub. Beləliklə, 3 boksçumuz ən azı bürünc medalı təmin edib.
Qeyd edək ki, artıq bir neçə gündür, Ankarada olan Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Süleyman Mikayılov 1/4 final mərhələsinin görüşlərini izləyib.

Oxşar yazılar

Alman futbolunun əfsanəsi vətəninə qayıtmaq istəmir: Qızı üçün qorxur
13 may 2025 , 11:10
"İnter"in PSJ, "Mançester Siti" və ya "Bavariya" qədər büdcəsi yoxdur - İnzaqi
12 may 2025 , 19:07
Ançelottinin yeni ünvanı rəsmən AÇIQLANDI
12 may 2025 , 18:32
FHN-in kişilərdən ibarət basketbol komandası çempion oldu
12 may 2025 , 17:55
"İnter"in iki hücumçusu klubunu dəyişəcək
12 may 2025 , 17:29
"Sumqayıt" klubundan Vaqif Cavadovla bağlı ayrılıq QƏRARI
12 may 2025 , 15:31
Seriya A debütantı klub rekordunu üstələdi
12 may 2025 , 14:25