“Portu”nun baş məşqçisi “Çelsi”yə keçmək üçün istefa verdi
21 iyun 2011 19:53 (UTC +04:00)

“Portu”nun baş məşqçisi “Çelsi”yə keçmək üçün istefa verdi

Portuqaliyalı baş məşqçi Andre Villaş-Boaş Avropa Liqasını qazandırdığı “Portu” futbol klubu ilə müqaviləsini pozub.


Lent.az-ın məlumatına görə, bu addımı qarşılığında 15 milyon avro kompensasiya ödəyən 33 yaşlı mütəxəssisin İngiltərənin “Çelsi” komandasının sükanı arxasına keçəcəyi bildirilir. “Portu”nun prezidenti Pinta da Koşta deyib ki, Villaş-Boaşın gedişinə mane ola bilməzlər. Çünki gənc mütəxəssisin müqaviləsində onun 15 milyon avroya komandanı tərk edə biləcəyinə dair bənd var. Villaş-Boaşın “Çelsi”yə baş məşqçi təyin olunacağına dair rəsmi informasiya hələlik yoxdur. Lakin təsdiqlənməmiş xəbərlərə əsasən, onun London komandasında illik əmək haqqı 4,4 milyon funt sterlinq (7,1 milyon avro) olacaq. Baş məşqçi ilə yanaşı, “Portu”nun kolumbiyalı forvardı Radamel Falkao da Roman Abramoviçin klubuna keçə bilər.


Qeyd edək ki, 2010-2011-ci il mövsümünün sonunda Karlo Ançelottinin istefaya göndərilməsinin ardından “Çelsi” baş məşqçisiz qalıb. Bu posta namizədlər qismində Qus Hiddink və Mark Hyuzun adları hallanırdı. Andre Villaş Boaş isə əvvəllər “Çelsi”də baş məşqçi Joze Mourinyonun köməkçisi kimi çalışıb. 2009-2010-cu il mövsümündə o, Portuqaliya “Akademika”sına rəhbərlik edib. 2010-cu ilin yayında isə Villaş-Boaş “Portu”nun sükanı arxasına keçib. 2010-2011-ci il mövsümündə “zolaqlılar” Portuqaliya çempionluğu və kubokunu, eləcə də Avropa Liqasını qazanıblar. Villaş-Boaş isə Avropa kuboku əldə edən ən gənc baş məşqçi kimi tarixə düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 532

Oxşar yazılar