Avropa çempionatında ilk medal
Türkiyənin paytaxtı Ankarada keçirilən boks üzrə Avropa çempionatında Azərbaycan yığması ilk medalını təmin edib. Lent.az-ın məlumatına görə, 49 kq çəki dərəcəsində mübarizə aparan Salman Əlizadə 1/4 finalda fransalı Jeremi Bekkunu məğlub edərək, yarımfinala vəsiqə qazanıb.
İlk raundda rəqibindən daha üstün təsir bağışlayan həmyerlimiz 5 xallıq üstünlük əldə edib. Boksçumuz 2-ci hissədə təşəbbüsü əldən versə də, həlledici hissədə toparlanmağı bacarıb. Nəticədə Əlizadə 26:19 hesabı ilə qalib gələrək ən azı bürünc medalı özünə təmin edib. Gənclər arasında dünya çempionu olan Əlizadə finala gedən yolda İngiltərə komandasının üzvü Çarlz Edvardsla qarşılaşacaq. Edvards ¼ finalda ispaniyalı Joze Kelvin Nieveni mübarizədən kənarlaşdırıb.

Oxşar yazılar

Alman futbolunun əfsanəsi vətəninə qayıtmaq istəmir: Qızı üçün qorxur
13 may 2025 , 11:10
"İnter"in PSJ, "Mançester Siti" və ya "Bavariya" qədər büdcəsi yoxdur - İnzaqi
12 may 2025 , 19:07
Ançelottinin yeni ünvanı rəsmən AÇIQLANDI
12 may 2025 , 18:32
FHN-in kişilərdən ibarət basketbol komandası çempion oldu
12 may 2025 , 17:55
"İnter"in iki hücumçusu klubunu dəyişəcək
12 may 2025 , 17:29
"Sumqayıt" klubundan Vaqif Cavadovla bağlı ayrılıq QƏRARI
12 may 2025 , 15:31
Seriya A debütantı klub rekordunu üstələdi
12 may 2025 , 14:25