“Qarabağ”ın yeni transferi “artıracaq”
Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, “Bakı” ilə yollarını ayıran Bəxtiyar Soltanovdur.
22 yaşlı forvardla 2 illik müqavilə bağlanılıb. Soltanov “Qarabağ”da 9 nömrəli formanı geyinəcək. O, yeni klubunun rəsmi saytına açıqlamasında deyib: “Belə böyük kluba gəldiyimə görə məmnunam. Bu gün “Qarabağ” ən çox sevilən Azərbaycan klubudur. Bunun əsas səbəbi xeyli yerli futbolçunun çıxış etməsidir. Futbolçuların əksəriyyəti ilə yaxşı münasibətim var. “Bakı” klubuna öz təşəkkürümü bildirirəm. Üzərimdə əməkləri var. Amma bu gündən karyerama yeni səhifə açıram. Cəmi 22 yaşım var. İnanıram ki, karyeramın ən yaxşı illəri hələ qarşıdadır. Qurban Qurbanov kimi baş məşqçiylə çalışmaq özü bir əlavə üstünlükdür. İnanıram ki, onun başçılığı altında daha da “artıracağam”. “Qarabağ” son illərdə Avrokubokda uğurlu çıxış edir. İndi mənim də üzərimə məsuliyyət düşür. Uğurlu çıxışımızı davam etdirmək üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacam. “Qarabağ”lılar məni olduqca isti qarşıladı. Azarkeşlərə bildirmək istəyirəm ki, meydanda tərinin son damlasına kimi vuruşan “Qarabağ” görəcəksiniz”.
Qeyd edək ki, Bəxtiyar Soltanov dünən gecə Türkiyənin Qızılcahamam əyalətinə yollanaraq, orada təlim-məşq toplantısında olan “Qarabağ”ın düşərgəsinə qoşulub. O, artıq yeni klubunda ilk məşqinə də çıxıb.

1342