Məşhur futbolçu evləndi
11 iyun 2011 19:51 (UTC +04:00)

Məşhur futbolçu evləndi

Lent.az-ın məlumatına görə, Yıldırayla Gülcanın toy mərasimi Almaniyanın Düsseldorf şəhərindəki “Hilton Otel”də keçirilib. Mərasimə idman ictimaiyyətinin məşhur simaları qatılıblar. Onların arasında İspaniyanın “Real Madrid” klubunun futbolçuları Məsud Özil, Nuri Şahin, Hamit Altıntop, Almaniyanın “Ayntraxt” komandasının oyunçusu Halil Altıntop da olub. Ümumiyyətlə, qonaqların sayı 500 nəfər olub. Toyu türk musiqi qrupu aparıb, futbolçular qol-qola yallı gediblər. Mərasim səhərədək davam edib.


Qeyd edək ki, karyerası ərzində Almaniyanın “Bohum, “Bayer”, “Herta”, “Ştutqart”, İngiltərənin “Blekbern” klublarında çıxış etmiş Yıldıray Baştürk 2002-ci il dünya çempionatında Türkiyə yığmasının futbolçusu qismində bürünc medal qazanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 509

Oxşar yazılar