Milli komandanın 5 futbolçusundan dopinq tapıldı
ABŞ-da keçirilən “Gold Cup” turnirində Meksika milli komandasının 5 futbolçusunun dopinq qəbul etdikləri müəyyənləşib. Lent.az-ın məlumatına görə, bu barədə Meksika Futbol Federasiyasının baş katibi Desio De Maria açıqlama verib.
O, dopinq-testi müsbət nəticə verən oyunçuları heyətdən kənarlaşdırdıqlarını bildirib. Həmin futbolçular qapıçı Gilyermo Oçoa, eyni zamanda Fransisko Xavyer Rodriges, Edqar Duenas, Antonio Nelson və Kristian Bermudesdir. Dopinq-testin tarixi və qadağan edilmiş maddələr barədə ətraflı bilgi verilmir.
5 futbolçusunun heyətdən kənarda qalmasına baxmayaraq, Meksika Kubanı darmadağın edib – 5:0. Meksikanın qollarından hərəyə 2-sini Xavyer Ernandes və sabiq “Qalatasaray”lı Covanni Dos Santos, 1-ini isə Aldo De Neqris vurub.

Oxşar yazılar

"İnter"in PSJ, "Mançester Siti" və ya "Bavariya" qədər büdcəsi yoxdur - İnzaqi
12 may 2025 , 19:07
Ançelottinin yeni ünvanı rəsmən AÇIQLANDI
12 may 2025 , 18:32
FHN-in kişilərdən ibarət basketbol komandası çempion oldu
12 may 2025 , 17:55
"İnter"in iki hücumçusu klubunu dəyişəcək
12 may 2025 , 17:29
"Sumqayıt" klubundan Vaqif Cavadovla bağlı ayrılıq QƏRARI
12 may 2025 , 15:31
Seriya A debütantı klub rekordunu üstələdi
12 may 2025 , 14:25
Yeni Roma Papasının hansı futbol klubuna azarkeşlik etdiyi məlum oldu
12 may 2025 , 12:19