“Fənərbağça”nın marşı erməni mahnısı çıxdı
Türkiyənin “Fənərbağça” klubu azarkeşlərinin “Zəfər yaxında” marşının musiqisinin erməni millətçilərinin türklər əleyhinə ifadələrlə zəngin “Zartir Lao” (“Qalx, oğlum”) adlı mahnıya məxsus olduğu üzə çıxıb. Lent.az-ın “Sabah”a istinadən verdiyi məlumata görə, Türkiyədə və müxtəlif ölkələrdə yaşayan onlarla erməni marşın “youtube”dakı səhifəsinə “Mahnılarımızı oğurlamaqdan əl çəkin” yazılı və böyük hissəsi söyüşdən ibarət mesajlar göndəriblər.
“Zartir Lao” mahnısında “Türk əsgərlər Muş səhrasına girdilər. Sultan bizi öldürmək istəyir. Qalx, çocuğum, sənə qurban olaram” sözləri yer alır. “Fənərbağça”nın marşında isə “Bilək var vuruşmağa, nəfəs var sərf olunmağa, canlar var verilməyə, “Fənərbağça”ya” sözləri mövcuddur.
Digər tərəfdən, “Qrup Yorum”un “Sibel Yalçın” mahnısının “Zəfər yaxında” adlı bölümünün də Zartir Laodan təsirlənərək bəstələndiyi bildirilir. Marşın sözlərinin müəllifi, “Fənərbağça”lı Hakan Yavuz orijinal bəstəsinin ermənilərə məxsusluğunu bilmədiyini söyləyib: “Biz marşı “Qrup Yorum”un mahnısından təsirlənərək bəstələmişik. Bilsəydik, belə bir marşı söyləməzdik. Bundan sonra söyləməyəcəyik”.

Oxşar yazılar

"İnter"in PSJ, "Mançester Siti" və ya "Bavariya" qədər büdcəsi yoxdur - İnzaqi
12 may 2025 , 19:07
Ançelottinin yeni ünvanı rəsmən AÇIQLANDI
12 may 2025 , 18:32
FHN-in kişilərdən ibarət basketbol komandası çempion oldu
12 may 2025 , 17:55
"İnter"in iki hücumçusu klubunu dəyişəcək
12 may 2025 , 17:29
"Sumqayıt" klubundan Vaqif Cavadovla bağlı ayrılıq QƏRARI
12 may 2025 , 15:31
Seriya A debütantı klub rekordunu üstələdi
12 may 2025 , 14:25
Yeni Roma Papasının hansı futbol klubuna azarkeşlik etdiyi məlum oldu
12 may 2025 , 12:19