“Neftçi” transferə “55”dən başladı - FOTO
Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, flaqman serbiyalı qapıçı Saşa Stamenkoviçi heyətinə qatıb.
Rəsmi imzalanma mərasimi klubun bazasında “Neftçi”nin prezidenti Sadıq Sadıqovun iştirakı ilə baş tutub. Stamenkoviçlə “2+1 il” şərti ilə müqavilə imzalanıb. Tədbirdə çıxış edən Sadıqov 26 yaşlı qolkiperə uğurlar arzulayıb: “Məqsədimiz Azərbaycan futbolunun inkişafına töhfə verməkdir. Buna görə də “Neftçi”yə yalnız səviyyəli legionerlər cəlb etməyə çalışırıq. Saşa Stamenkoviç Serbiyanın ən güclü klublarından olan “Srvena Zvezda”nın şərəfini qoruyub. Onun Çempionlar Liqasında “Neftçi”nin uğurlu nəticə göstərməsinə kömək edəcəyinə və ümidlərimizi doğruldacağına inanırıq”.
Saşa Stamenkoviç isə “Neftçi”nin uğurları üçün çalışacağını bildirib: “Bilirəm ki, “Neftçi” Azərbaycanın ən köklü klubudur. Belə bir komandada oynamaq mənim üçün böyük şərəfdir. Var qüvvəmlə çalışıb, “Neftçi”nin Çempionlar Liqasında və Azərbaycan çempionatında uğur qazanmasına yardım edəcəyəm”.
Daha sonra Sadıq Sadıqov yeni transfer Saşa Stamenkoviçə 55 nömrəli formanı təqdim edib.

Oxşar yazılar

"İnter"in PSJ, "Mançester Siti" və ya "Bavariya" qədər büdcəsi yoxdur - İnzaqi
12 may 2025 , 19:07
Ançelottinin yeni ünvanı rəsmən AÇIQLANDI
12 may 2025 , 18:32
FHN-in kişilərdən ibarət basketbol komandası çempion oldu
12 may 2025 , 17:55
"İnter"in iki hücumçusu klubunu dəyişəcək
12 may 2025 , 17:29
"Sumqayıt" klubundan Vaqif Cavadovla bağlı ayrılıq QƏRARI
12 may 2025 , 15:31
Seriya A debütantı klub rekordunu üstələdi
12 may 2025 , 14:25
Yeni Roma Papasının hansı futbol klubuna azarkeşlik etdiyi məlum oldu
12 may 2025 , 12:19