Hiddink gələn həftə “Çelsi”yə keçəcək
Türkiyə milli komandasının baş məşqçisi Qus Hiddinkin İngiltərənin “Çelsi” futbol klubuna keçidi reallaşır. Lent.az-ın “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, hollandiyalı mütəxəssisin yaxın bir həftə ərzində “zadəganlar”ın sükanı arxasına keçəcəyi gözlənilir.
İngiltərə təmsilçisi Türkiyə Futbol Federasiyasına (TFF) faks göndərərək, Hiddinkin mövcud müqaviləsinin ləğvi üçün 4 milyon avro təklif edib. Federasiya rəsmiləri “Çelsi” ilə aparacağı danışıqlardan sonra “ay-ulduzlular”ın hazırkı baş məşqçisi ilə yollarını ayıracaq.
Qeyd edək ki, 65 yaşlı mütəxəssis Londona tək getməyəcək. Onun yığmada ən çox bəyəndiyi “Fənərbağça”lı Gökhan Gönül və “Qalatasaray”lı Arda Turanı da “Çelsi”yə aparmaq istədiyi bildirilir.

Oxşar yazılar

"İnter"in PSJ, "Mançester Siti" və ya "Bavariya" qədər büdcəsi yoxdur - İnzaqi
12 may 2025 , 19:07
Ançelottinin yeni ünvanı rəsmən AÇIQLANDI
12 may 2025 , 18:32
FHN-in kişilərdən ibarət basketbol komandası çempion oldu
12 may 2025 , 17:55
"İnter"in iki hücumçusu klubunu dəyişəcək
12 may 2025 , 17:29
"Sumqayıt" klubundan Vaqif Cavadovla bağlı ayrılıq QƏRARI
12 may 2025 , 15:31
Seriya A debütantı klub rekordunu üstələdi
12 may 2025 , 14:25
Yeni Roma Papasının hansı futbol klubuna azarkeşlik etdiyi məlum oldu
12 may 2025 , 12:19