“Real Madrid”də 4-cü türk! - FOTO
Lent.az-ın məlumatına görə, bu, 17 yaşlı sol cinah oyunçusu Mete Sərdar Çobandır.
Çoban 2005-2006-cı il mövsümündə Türkiyənin “Qalatasaray” komandasının aşağı yaş qrupunda forma geyib. O, qatıldığı turnirlərin birində İtaliya “İnter”inin diqqətini cəlb edib. “İnter”də 6 il oynayan futbolçu, nəhayət, “kral klubu”na transfer olub. Yaşı az olduğundan, Çoban hələlik “Real Madrid”in gənclərdən ibarət komandasında oynayacaq. Bir ildən sonra isə onu Məsut Özil, Kriştianu Ronaldu, Kərim Benzema kimi ulduzlar arasında görmək mümkün olacaq.
Mete Sərdar Çoban 1994-cü ildə Şimali Kipr Türk Cümhuriyyətində anadan olub. “İnter”də çıxış etdiyi vaxt Çovan Joze Mourinyonun diqqətini çəkib. Mourinyo “Real Madrid”in sükanı arxasına keçdikdən sonra da onu unutmayıb. Portuqaliyalı mütəxəssisin təklifini gənc futbolçu məmnuniyyətlə qəbul edib. Çoban yeni klubuna iyunun 12-də qoşulacaq.
Qeyd edək ki, 1,73 sm boya malik Mete Sərdar Çobandan öncə “Real Madrid” daha 3 türk futbolçu alıb. 2010-cu ilin yayında Almaniya “Verder”indən Məsut Özil, bir müddət öncə isə Dortmund “Borussiya”sından Nuri Şahin və “Bavariya”dan Hamit Altıntop “kral klubu”na transfer edilib.

Oxşar yazılar

"İnter"in PSJ, "Mançester Siti" və ya "Bavariya" qədər büdcəsi yoxdur - İnzaqi
12 may 2025 , 19:07
Ançelottinin yeni ünvanı rəsmən AÇIQLANDI
12 may 2025 , 18:32
FHN-in kişilərdən ibarət basketbol komandası çempion oldu
12 may 2025 , 17:55
"İnter"in iki hücumçusu klubunu dəyişəcək
12 may 2025 , 17:29
"Sumqayıt" klubundan Vaqif Cavadovla bağlı ayrılıq QƏRARI
12 may 2025 , 15:31
Seriya A debütantı klub rekordunu üstələdi
12 may 2025 , 14:25
Yeni Roma Papasının hansı futbol klubuna azarkeşlik etdiyi məlum oldu
12 may 2025 , 12:19