Ronaldo Braziliya yığmasını qələbə ilə tərk etdi
08 iyun 2011 12:08 (UTC +04:00)

Ronaldo Braziliya yığmasını qələbə ilə tərk etdi

Lent.az-ın məlumatına görə, bu oyun ikiqat dünya çempionu, mundiallarda vurulan qol sayında rekordçu Ronaldo üçün vida matçı olub.

O, meydançada 15 dəqiqə qalıb. Yeganə topu isə 21-ci dəqiqədə Fred vurub. Məhz ilk yarım saatın tamamında qol müəllifini 34 yaşlı Ronaldo əvəzləyib. İkinci yarının əvvəlində isə “Yekədiş”in yerinə 26 yaşlı Nilmar meydançaya daxil olub. Rumıniya ilə matç Ronaldonun Braziliya yığmasında 98-ci oyunu olub. Forvard bu oyunlarda üst-üstə 62 qol vurub.

Qeyd edək ki, Ronaldo karyerası ərzində Braziliyanın və Avropanın müxtəlif klublarında çıxış edib. Onlardan İspaniyanın “Barselona” və “Real Madrid”, İtaliyanın “İnter” komandaları xüsusi vurğulanmalıdır. “Yekədiş” 2002-ci il dünya çempionatında bombardir, 1998-ci il dünya çempionatında ən yaxşı futbolçu sayılıb. 1996, 1997 və 2002-ci illərdə FİFA onu ilin futbolçusu seçib. Dünya çempionatlarının final mərhələlərində Ronaldo 15 qol vurub. 1994 və 2002-ci illərdə dünya çempionu adını qazanıb.

Ronaldonun karyerasında sonuncu klub 2009-cu ildən çıxış etdiyi “Korintians” olub. 2011-ci ilin fevralında hücumçu karyerasını başa vurduğunu bəyan edib. Məşhur futbolçu bu addımını artıq çəkidən qurtula bilməməsivə idman formasını saxlamağı bacarmaması ilə əsaslandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 525

Oxşar yazılar