“Qalatasaray” Klose ilə anlaşdı!
08 iyun 2011 10:21 (UTC +04:00)

“Qalatasaray” Klose ilə anlaşdı!

“Qalatasaray”ın texniki heyətində yer alan Bülent Tulun və Ümit Davala Almaniya milli komandasının və “Bavariya” klubunun oyunçusu Miroslav Klosenin transferi ilə bağlı
prinsipcə razılıq əldə ediblər. Lent.az-ın ‘Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, Bülent Tulun və Ümit Davala futbolçunun meneceri Alex Şultt ilə uzun sürən danışıqlardan sonra razılığa gəliblər.

Miroslav Kloseyə 1 il üçün 3,4 milyon avro veriləcək. Razılıq əldə olunandan sonra Miroslav Klose Bavariyada birgə oynadığı Hamit Altintopdan “Qalatasaray” barədə soruşub. Hamit Altintop da deyib ki, könül rahatlığı ilə “Qalatasaray” klubuna gedə bilər.

Miroslav Klose 24 saat ərzində son olaraq ailəsi ilə də məsləhətləşdikdən sonra bu gün müqaviləyə imza atmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 433

Oxşar yazılar