Azərbaycanlı hakim Avropa çempionatının seçmə oyununu idarə edəcək
UEFA bir neçə illik fasilədən sonra Azərbaycan hakimlərinə etimad göstərib. Lent.az-ın “fit.az”a istinadən verdiyi məlumata görə, FİFA referisi Anar Salmanovun rəhbərlik etdiyi hakimlər briqadasını 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində iyunun 7-də keçiriləcək Belarus – Lüksemburq oyununa təyinat alıb.
Görüş Bakı vaxtı ilə saat 22:00-da Minskdəki “Dinamo” stadionunda təşkil ediləcək. Bu oyun “Talant qrup”a daxil olduqdan sonra Anar Salmanov üçün ilk ciddi sınaq sayılır. Oyunda köməkçi hakim funksiyasını FİFA dərəcəli assistentlər Mehman Mahmudov və Vaqif Musayev yerinə yetirəcək. NBC Bank Azərbaycan Kubokunun final matçını idarə etmiş Fariz Yusifov isə oyunun 4-cü hakimidir. Bu oyunda həmyerlilərimizin işini avstriyalı hakim-inspektor Konrad Plautz qiymətləndirəcək.

Oxşar yazılar

Ançelottinin yeni ünvanı rəsmən AÇIQLANDI
12 may 2025 , 18:32
FHN-in kişilərdən ibarət basketbol komandası çempion oldu
12 may 2025 , 17:55
"İnter"in iki hücumçusu klubunu dəyişəcək
12 may 2025 , 17:29
"Sumqayıt" klubundan Vaqif Cavadovla bağlı ayrılıq QƏRARI
12 may 2025 , 15:31
Seriya A debütantı klub rekordunu üstələdi
12 may 2025 , 14:25
Yeni Roma Papasının hansı futbol klubuna azarkeşlik etdiyi məlum oldu
12 may 2025 , 12:19
7 ildən sonra Bundesliqaya qayıtdı
12 may 2025 , 10:42