Berti Foqts çətin seçim qarşısında
07 iyun 2011 11:27 (UTC +04:00)

Berti Foqts çətin seçim qarşısında

İyunun 7-də 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində daha 6 oyun keçiriləcək. Lent.az-ın məlumatına görə, A qrupunda yer alan Azərbaycan yığması Almaniyanı qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmanı yunanıstanlı baş hakim Mixail Kukulakis idarə edəcək. Ona həmyerliləri - yan xətt hakimləri Xristos Baltas, Leonidas Vasileidais və ehtiyat hakim - Vasilios Pamporidis yardımçı olacaq. Görüş saat 22:00-da başlayacaq. Almaniya qalib gələcəyi halda sona 3 tur qalmış qrup lideri kimi final mərhələsinə vəsiqəni təmin edəcək. Bu halda almaniyalı baş məşqçi Berti Foqtsun yığmamızdakı gələcək karyerası sual altına düşəcək. Azərbaycan futbolunun 100 illik yubileyi öncəsi Qazaxıstan millisinə 1:2 hesablı məğlubiyyətdən sonra Foqtsun qarşısına konkret məqsəd qoyulub. Həmin məqsəd isə qeyri-rəsmi məlumatlara əsasən, Almaniyadan xal almaqdır. Komandamız bunu bacarmasa, 3 xala malik Qazaxıstanla birgə yenə 5-6-cı pillələri bölüşəcək.

Digər 5 oyun daha 3 qrupda keçiriləcək:

C qrupu

23:30. Farer adaları – Estoniya

D qrupu

22:00. Belarus – Lüksembuq

23:15. Bosniya və Herseqovina – Albaniya

E qrupu

23:00. İsveç – Finlandiya

23:30. San-Marino – Macarıstan

Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 625

Oxşar yazılar