Rövnəq Abdullayev: “Həmişə FİFA və UEFA-nın dəstəyini hiss etmişik”
Lent.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə açan R.Abdullayev bu günü “Azərbaycan futbolunun ən möhtəşəm günü” adlandırıb.
R.Abdullayev futbolumuzun 100 iliyi ilə əlaqədar Azərbaycana gələn Blatter və Platiniyə minnətdarlıq edib, futbolumuza FİFA və UEFA-dan hər zaman dəstək hiss etdiklərini deyib.
M.Platii isə Azərbaycana səfərinin 4 məqsədi olduğunu vurğulayıb. Bunlardan birincisi Azərbaycan prezidenti və AFFA ilə dostluğu, ikincisi futbolumuzun 100 illiyi, üçüncüsü Mərdəkandakı “Dalğa arena” stadionunun açılışında iştirak, dördüncü isə 65 min yerlik stadionun təməlqoyma mərasiminə qatılmaqdır.
Platini bildirib ki, “Dalğa arena”nın dəniz kənarında yerləşməsi çox əlverişlidir. Bura istirahətə gələn ailələrin övladları futbol oynayacağı vaxt valideynlər də istirahət edə biləcəklər. Bakıda təməli qoyulan stadiondan da danışan M.Platini bunları deyib: “Siz fəxr etməlisiniz ki, İlham Əliyev və Rövnəq Abdullayev ölkədəki idman infrastrukturuna belə diqqətlə yanaşırlar”.
J.Blatter isə “Dalğa arena”da gələn il 17 yaşadək qızlardan ibarət komandalar arasında dünya çempionatının keçiriləcəyini qeyd edib. O Azərbaycan yığmasının da həmin yarışda uğurla çıxış edəcəyinə inandığını da vurğulayıb: “Müsbət haldır ki, AFFA bu yarışa keçirməyə təşəbbüs etdi. Bu çox önəmli haldır. Sevindirici haldır ki, prezident İlham Əliyev də bu işdə dəstək nümayiş etdirdi. FİFA prezidentliyinə keçirilən seçkilərdə mənə dəstək olduqlarına görə, də AFFA rəhbərliyinə minnətdaram”.
Blatter məşhur futbol hakimi Tofiq Bəhramovu da yada salıb. Onun sözlərinə görə 1966-cı ildə T.Bəhramovun Almaniya və İngiltərə yığmaları arasında görüşdə verdiyi qərar tarixi bir andır: “Çox maraqlıdır ki, 2010-cu il dünya çempionatında da bu ölkələr arasındakı oyunda belə bir hal baş verdi”.
Platini bildirib ki, Azərbaycan UEFA-ya 1994-cü ildə qəbul olunub və çox az müddətdə xeyli işlər görülüb: “Təbii ki, siz Qazaxıstanla oyunun nəticəsinə görə məyus olmusunuz. Hərdən uğursuzluq da olur. Bilirəm ki, Türkiyəni məğlub edəndən sonra iki gün qələbəni qeyd etmisiniz. Futbolda heç nəyi əvvəldən bilmək olmaz. Ola bilsin ki, Almaniya ilə görüşdə qələbə qazandınız”.
M.Platini həmçinin Azərbaycanda uşaq futbolunun inkişafı üçün maliyyə yardımı edə biləcəklərini də deyib.
AFFA prezidenti isə Azərbaycan yığmasının qarşısına vəzifə qoyulması ilə bağlı deyilənlərə münasibət bildirib: “Hər bir oyunda müsbət nəticə gözləyirik. Məqsəd həmişə yaxşı futbol nümayiş etdirməkdən ibarətdir. İnanırıq ki, komandamız müsbət oyun sərgiləyəcək”.
Elşən MƏMMƏDOV

597