Blatter: “Gələn il də buradayıq”
06 iyun 2011 10:47 (UTC +04:00)

Blatter: “Gələn il də buradayıq”

Mərdəkan qəsəbəsində yerləşən “Dalğa Arena”nın açılış mərasimində FİFA prezidenti Zepp Blatter, UEFA prezidenti Mişel Platini və AFFA prezidenti Rövnəq Abdullayev əsas meydançaya daxil olaraq burada məşq edən futbolçularla görüşüblər. Lent.az-ın məlumatına görə, 17 yaşlı qadınlardan ibarət qadın yığmamızın baş məşqçisi Silviya Rayt Blatterə Azərbaycanda qadın futbolunun vəziyyəti ilə bağlı qısa məlumat verib.

FİFA prezidenti isə “Biz gələn il də burdayıq” deyə bildirib.

Bundan başqa AFFA prezidenti R.Abdullayev arena barədə qonaqlara məlumat verib. O meydançanın süni ot örtüklü olmasının Bakının təbii iqlimi ilə əlaqələndirib. Paytaxtımızda təbii ot örtüyünün saxlanmasının çətin olduğunu bildirən R.Abdullayev həmçinin qeyd edib ki, meydançanın süni örtüyü FİFA-nın laboratoriyalarından keçib və yüksək standartlara cavab verir.

Arena ilə tanışlıq davam edir.

Qeyd edək ki, 2012-ci ildə Azərbaycanda 17 yaşadək qızlardan ibarət komandalar arasında dünya çempionatı təşkil ediləcək.


Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 512

Oxşar yazılar