Türkiyə Belçika ilə oyunda qələbə qazana bilmədi
Lent.az-ın Türkiyənin “NTV” telekanalına istinadən verdiyi məlumata görə, hesabı birinci hissənin 4-cü dəqiqəsində Belçika komandası açıb.
Türkiyə millisinin qapısından topu Ogunjimi keçirib. Erkən qola baxmayaraq, Türkiyə komandası oyunun 22-ci dəqiqəsində istəyinə çatıb. Arda Turanın ötürməsini Burak qola çevirib. İkinci hissənin 74-cü dəqiqəsində isə Arda Belçika komandasının oyunçusu Mertensin qarşısını kobudluqla aldığı üçün Türkiyə komandasının qapısına 11 metrlik cərimə zərbəsi təyin edilib. Ancaq Rizzolinin vurduğu top qapının üstündən keçib.
Bu oyunda Türkiyə millisinin qapıçısı Volkan Dəmirəl də diqqət çəkən oyunu ilə seçilib. O, oyunun 46-cı dəqiqəsində Belçika komandasının oyunçusu Hazardın, 79-cu dəqiqədə Mertensin güclü zərbələrini böyük ustalıqda dəf edərək qola izn verməyib.
Bununla da A qrupunda ikinci yer uğrunda mübarizə aparan Türkiyə milli komandası səfər oyununda vacib 1 xalı qazanıb.

Oxşar yazılar

Ançelottinin yeni ünvanı rəsmən AÇIQLANDI
12 may 2025 , 18:32
FHN-in kişilərdən ibarət basketbol komandası çempion oldu
12 may 2025 , 17:55
"İnter"in iki hücumçusu klubunu dəyişəcək
12 may 2025 , 17:29
"Sumqayıt" klubundan Vaqif Cavadovla bağlı ayrılıq QƏRARI
12 may 2025 , 15:31
Seriya A debütantı klub rekordunu üstələdi
12 may 2025 , 14:25
Yeni Roma Papasının hansı futbol klubuna azarkeşlik etdiyi məlum oldu
12 may 2025 , 12:19
7 ildən sonra Bundesliqaya qayıtdı
12 may 2025 , 10:42