Əmrə Belözoğlu məhkəməyə verildi
Lent.az-ın məlumatına görə, müraciətdə Türkiyə Superliqasının 33-cü turunda “Fənərbağça” ilə görüş öncəsi “Ankaragücü”nün oyunçusu Kağan Söylemezgillerə göndərilən mesajlar, əlindəki CD və imzasız məktubla bağlı Əmrə və Əkrəmin adının hallandığı vurğulanıb.
Vəkili Ahmet Metin Gençlə birgə Trabzon Ədliyyə İdarəsi önündə açıqlama verən Göktaş “Fənərbağça”nın 6:0 hesabı ilə qalib gəldiyi görüş öncəsi “Ankaragücü” klubundan bir futbolçuya Belözoğlu tərəfindən telefon açıldığını bildirib: “Həmin mesajın məzmunu hamıya məlumdur. Sonradan mənə bir imzasız məktub gəldi. Bu məktubda bütün detallar açıqlanıb”.
Genç isə Superliqada son mövsümün şübhəli keçdiyi barədə iddiaların olduğunu vurğulayıb. O, araşdırmaların sağlam və cəsarətlə aparılacağına inam ifadə edib.
Qeyd edək ki, həmin oyun öncəsi Əkrəm Okumuş Əmrə Belözoğlunun adından “Ankaragücü”nün futbolçusu Kağan Söyləməzgillərə mesaj göndərib. Mesajda Kağana “Fənərbağça”ya qarşı yaxşı oynamaması təlqin olunub və əvəzində onun yayda “sarı-lacivərdlilər”ə transfer ediləcəyi əksini tapıb. İsmarıc “Prezidentimizi qəzəbləndirmə” kəlmələri ilə yekunlaşır. Bu barədə “Kanaltürk”ün “Telegol” proqramına qoşulan “Ankaragücü”nün prezidenti Ahmet Gökçek açıqlama verib. Əkrəm Okumuş isə mesajın Əmrə Belözoğlu ilə heç bir əlaqəsinin olmadığını və sadəcə, zarafat etdiyini bildirib.
Qeyd edək ki, “Fənərbağça” “Ankaragücü”nün qapısından keçirdiyi 6 cavabsız qolun 3-ünü penaltidən vurub.

Oxşar yazılar

"Sumqayıt" klubundan Vaqif Cavadovla bağlı ayrılıq QƏRARI
12 may 2025 , 15:31
Seriya A debütantı klub rekordunu üstələdi
12 may 2025 , 14:25
Yeni Roma Papasının hansı futbol klubuna azarkeşlik etdiyi məlum oldu
12 may 2025 , 12:19
7 ildən sonra Bundesliqaya qayıtdı
12 may 2025 , 10:42
“Dortmund” - “Bayer” oyununda 6 qol
12 may 2025 , 02:02
“El Klasiko”nun qalibi “Barselona” oldu
11 may 2025 , 20:25
“Qalatasaray” Trabzon səfərindən 3 xalla qayıdır
10 may 2025 , 22:12