Berti Foqts: “Bir-iki mövqedə səhvimiz var”
Lent.az-ın məlumatına görə, jurnalistlərlə görüş iyunun 3-də yığmamızın Qazaxıstanla oynayacağı 2012-ci il Avropa çempionatının seçmə qrup matçına həsr olunub.
Foqts oyun öncəsi Bakıda keçirdikləri 12 günlük təlim-məşq toplantısından çox razı qaldığını bildirib: “Nadir hallarda futbolçularda belə əhval-ruhiyyə görmüşəm. Hazırlığımız 2 mərhələdən ibarət idi. Azərbaycan Kubokunun finalında oynayanlar toplanışa sonradan qatıldılar. Astanada süni örtüklü meydanda oynayacağımızdan, Bakıda belə qazonda məşq etdik”.
Baş məşqçinin fikrincə, Azərbaycanı Qazaxıstan yığması ilə çətin oyun gözləyir: “Gənc komanda olsaq da, buraya qələbə üçün gəlmişik. Komandamız özünə inanır. Əgər digər səfər oyunları ilə müqayisədə az səhv buraxsaq, Bakıya qələbə ilə qayıdacağımıza inanıram. Bir-iki mövqedə səhvimiz var və bu gün məşqdə onları həll edəcəyimizi düşünürəm”.
Qazaxıstana ilk dəfə gəldiyini deyən Foqts bu ölkədəki qonaqpərvərlikdən razı qaldığını vurğulayıb: “Bu, bizim üçün müsbət amildir”.

Oxşar yazılar

"Sumqayıt" klubundan Vaqif Cavadovla bağlı ayrılıq QƏRARI
12 may 2025 , 15:31
Seriya A debütantı klub rekordunu üstələdi
12 may 2025 , 14:25
Yeni Roma Papasının hansı futbol klubuna azarkeşlik etdiyi məlum oldu
12 may 2025 , 12:19
7 ildən sonra Bundesliqaya qayıtdı
12 may 2025 , 10:42
“Dortmund” - “Bayer” oyununda 6 qol
12 may 2025 , 02:02
“El Klasiko”nun qalibi “Barselona” oldu
11 may 2025 , 20:25
“Qalatasaray” Trabzon səfərindən 3 xalla qayıdır
10 may 2025 , 22:12