Rusiya və İtaliya ilə döyüşlərə Azərbaycanın “ikinci nömrələr”i gedir
02 iyun 2011 14:02 (UTC +04:00)

Rusiya və İtaliya ilə döyüşlərə Azərbaycanın “ikinci nömrələr”i gedir

Lent.az-ın məlumatına görə, jurnalistlər önünə təşkilatçılarla yanaşı, İtaliya komandasının məşqçisi Culio Kolleta, Rusiyanı bu yarışda təmsil edən Sankt-Peterburq şəhərinin məşqçisi Oleq Kuzmin və Azərbaycan milli komandasının məşqçisi Nəriman Abdullayev çıxıblar.

Təşkilatçılar Sardiniya bölgəsində son illər boksun inkişafı ilə bağlı böyük işlər görüldüyünü bildiriblər. Kolleta Avropa çempionatı öncəsində güclü rəqiblərlə yaxşı hazırlıq keçmək imkanı qazandıqlarını qeyd edib. Abdullayev İtaliyaya milli komandamızın “ikinci nömrələri”nin gəldiyini deyərək, onlara özlərini göstərmək üçün imkan yaratdıqlarını vurğulayıb.

İtaliya komandasının heyətində olimpiya və dünya çempionu Roberto Kammarelle (+91 kq), olimpiadanın bürünc mükafatçısı Vinçentso Pikardi (52 kq), dünya çempionu Valentino Domeniko (60 kq) kimi tanınmış idmançılar yer alıb. Yarışın keçirildiyi günlərdə (2 - 4 iyun) Sardinyada festifal təşkil olunacağından, İtaliya Boks Federasiyası bayram ab-havası yaratmağa çalışıb. Həmin ərəfədə Stintinoda italiyalı peşəkar boksçuların iştirakı ilə döyüş də keçiriləcək.

Yarışa yerli mətbuatın da marağı böyükdür. İyunun 4-də keçiriləcək və Bakı vaxtı ilə saat 23.30-da başlayacaq İtaliya – Azərbaycan görüşü RAİ SPORT2 kanalından videoyazı şəklində təqdim olunacaq. Məşqçi Nəriman Abdullayev və Ruslan Xairovun rəhbərliyi altında İtaliyada Tural Əhmədov (52 kq), Məhəmməd Abdilhəmidov (52 kq), İmil İksanov (60 kq), İsmət Eynullayev (64 kq), Emil Məhərrəmov (69 kq), Emil Əhmədov (69 kq), Vətən Hüseynli (81 kq), Abdulqadir Abdullayev (91 kq) və Asim İsgəndərov (+91 kq) rinqə çıxacaqlar. Komandamız İtaliya və Rusiya ilə qarşılaşmalar başa çatdıqdan sonra iyunun 12-dək Stintinoda qalaraq, yerli idmançılarla toplanış keçəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 484

Oxşar yazılar