“Portu” Avropa Liqasının qalibi oldu
Futbol üzrə Avropa Liqasında 2010-2011-ci il mövsümünün qalibi müəyyənləşib. Lent.az-ın məlumatına görə, Portuqaliyanın “Portu” klubu tarixində 4-cü dəfə qitəmiqyaslı turnirin qalibi olub.
“Əjdahalar” Avroliqanın finalında ölkənin digər təmsilçisi “Braqa”nı məğlubiyyətə uğradıb – 1:0. İrlandiya paytaxtındakı “Dublin Arena”da keçirilmiş görüşdə yeganə topu 44-cü dəqiqədə Radamel Falkao vurub. Bununla da kolumbiyalı hücumçu Avroliqada qollarının sayını 18-ə çatdırıb və mövsümü bombardirlər siyahısında birinci pillədə başa vurub.
“Portu”nun baş məşqçisi Andre Villaş-Boaş isə Avropa kubokunu qazanan baş məşqçilər arasında ən gənc mütəxəssis kimi tarixə düşüb. Hazırda o, 33 yaş 213 günündədir. Əvvəlki rekord Canluka Vialliyə məxsus idi. Viallinin rəhbərliyi altında İngiltərənin “Çelsi” klubu 1998-ci ildə UEFA Kubokuna (indiki Avropa Liqası) yiyələnib. Həmin vaxt onun 33 yaş 308 günü olub.
Qeyd edək ki, əvvəllər “Portu” 1986-1987 və 2003-2004-cü il mövsümlərində Çempionlar Liqasının (Kubokunun), 2002-2003-cü il mövsümündə UEFA Kubokunun qalibi olub.

Oxşar yazılar

"İnter"in PSJ, "Mançester Siti" və ya "Bavariya" qədər büdcəsi yoxdur - İnzaqi
12 may 2025 , 19:07
Ançelottinin yeni ünvanı rəsmən AÇIQLANDI
12 may 2025 , 18:32
FHN-in kişilərdən ibarət basketbol komandası çempion oldu
12 may 2025 , 17:55
"İnter"in iki hücumçusu klubunu dəyişəcək
12 may 2025 , 17:29
"Sumqayıt" klubundan Vaqif Cavadovla bağlı ayrılıq QƏRARI
12 may 2025 , 15:31
Seriya A debütantı klub rekordunu üstələdi
12 may 2025 , 14:25
Yeni Roma Papasının hansı futbol klubuna azarkeşlik etdiyi məlum oldu
12 may 2025 , 12:19