Maradona baş məşqçi təyin olundu - FOTO
Lent.az-ın məlumatına görə, bu barədə klubun vitse-prezidenti Marvane Ben Bayatt bildirib. O, Maradona ilə 2 illik müqavilə imzaladıqlarını bəyan edib. 51 yaşlı mütəxəssisin qarşısına komandanı yeni yüksəkliklərə çatdırmaq vəzifəsi qoyulub. Argentinalı veteran futbolçu ötən həftəsonu BƏƏ-də olub. O, “Əl-Vasl”ın rəhbərliyi və oyunçuları ilə görüşüb, klubun Dubaydakı bazasına baş çəkib. Maradona səlahiyyətlərinin icrasına iyundan başlayacaq. Hazırda “Əl-Vasl” BƏƏ çempionatında sona 5 tur qalmış 4-cü yeri tutur.
Qeyd edək ki, “Əl-Vasl” BƏƏ çempionatında 17 matçdan 27 xalla 4-cü pillədə qərarlaşıb. İki ay öncə Serjio Farias komandanın baş məşqçi postundan qovulduqdan sonra bu vəzifə vakant qalıb. Dieqo Maradona isə 2008 – 2010-cu illərdə Argentina millisinin baş məşqçisi olub. Ötənilki dünya çempionatının ¼ finalında Almaniyaya 0:4 hesablı məğlubiyyətdən sonra Maradona yığmanı tərk edib və o vaxtdan işsizdir.

Oxşar yazılar

"İnter"in PSJ, "Mançester Siti" və ya "Bavariya" qədər büdcəsi yoxdur - İnzaqi
12 may 2025 , 19:07
Ançelottinin yeni ünvanı rəsmən AÇIQLANDI
12 may 2025 , 18:32
FHN-in kişilərdən ibarət basketbol komandası çempion oldu
12 may 2025 , 17:55
"İnter"in iki hücumçusu klubunu dəyişəcək
12 may 2025 , 17:29
"Sumqayıt" klubundan Vaqif Cavadovla bağlı ayrılıq QƏRARI
12 may 2025 , 15:31
Seriya A debütantı klub rekordunu üstələdi
12 may 2025 , 14:25
Yeni Roma Papasının hansı futbol klubuna azarkeşlik etdiyi məlum oldu
12 may 2025 , 12:19